Aerobika gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinə start verilib
Bakı, 25 may, AZƏRTAC
Aerobika gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyinə start verilib.
AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya İdman Kompleksində keçirilən yarışda “Ocaq Sport” klubu, “Zirvə”, “Grasiya” idman klubları və Sumqayıt Olimpiya İdman Kompleksindən 80 gimnast medallar uğrunda mübarizə aparır.
İdmançılar Bakı birinciliyində balacalar, uşaqlar, yeniyetmələr və gənclər, Azərbaycan çempionatında isə yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında yarışırlar.
Gimnastlar müvafiq yaş kateqoriyalarına uyğun olaraq fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edirlər.