İDMAN
AFFA-nın vitse-prezidenti UEFA-dan təyinat alıb
Bakı, 10 oktyabr, AZƏRTAC
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti dəfə təyinat alıb.
AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Yunanıstan-İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.
Oktyabrın 13-də Pirey şəhərində yerləşən “Georgios Karaiskakis” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.