AFFA Premyer Liqa klublarına yenidən ödəniş edib
Bakı, 15 aprel, AZƏRTAC
AFFA Azərbaycan Premyer Liqasında çıxış edən klubların hər birinə dəstək məqsədilə növbəti dəfə 15 min manat maliyyə vəsaiti köçürüb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, ödəniş koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Premyer Liqasında çıxış edən klubların məşqçi və futbolçu heyətinin assosiasiyanın tibbi protokoluna uyğun müvafiq testlərdən keçirilməsi, ehtimal olunan yoluxmaların qarşısının alınması üçün sanitar-gigiyenik prosedurlara riayət olunma prosesinin dəstəklənməsi və sürətləndirilməsi məqsədilə edilib.
2020-2021-ci il mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edən klublara COVID-19 pandemiyası ilə bağlı hər birinə 41 000 manat olmaqla, ümumilikdə 328 000 manat ödənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:11]
AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub
- 16.06.2026 [12:54]
Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək
- 16.06.2026 [12:46]
“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb
- 16.06.2026 [12:40]
Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək
- 16.06.2026 [12:12]
Tunis millisinə yeni baş məşqçi təyin olunub
- 16.06.2026 [12:05]
Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir
- 16.06.2026 [11:50]
Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb
- 16.06.2026 [11:22]