AFFA Səudiyyə Ərəbistanının 2034-cü ildə keçiriləcək dünya çempionatını təşkil etmək təşəbbüsünü dəstəkləyir
Bakı, 7 oktyabr, AZƏRTAC
AFFA Səudiyyə Ərəbistanının 2034-cü ildə keçiriləcək dünya çempionatını təşkil etmək təşəbbüsünü dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə milli assosiasiyanın yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, Səudiyyə Ərəbistanı son illərdə futbolda böyük uğurlar qazanıb, məşhur futbol ulduzlarının axın etdiyi yerli çempionat hazırda dünyada ən çox diqqət mərkəzində olan liqalardan biridir.
"Dost ölkə olan Səudiyyə Ərəbistanının beynəlxalq yarışları təşkil etmək baxımından böyük təcrübəsi var. Bu ölkənin milli komandası Qətərdə keçirilən son dünya çempionatında da azarkeşlərin rəğbətini qazanacaq oyun göstərdi. Əminik ki, Səudiyyə Ərəbistanı bu çətin, məsuliyyətli işin öhdəsindən uğurla gələcək", - bəyanatda vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]