Ağcabədidə “Canım Azərbaycanım” adlı virtual mahnı müsabiqəsinin qalibləri müəyyənləşib
Ağcabədi, 18 iyul, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 51 illiyi ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin keçirdiyi “Canım Azərbaycanım” adlı vətənpərvərlik mövzusunda virtual mahnı müsabiqəsinin qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 10-dan başlayan müsabiqədə iştirakçılar onlayn qaydada vətənpərvərlik mövzusunda mahnılar ifa ediblər. 22 nəfərin iştirak etdiyi müsabiqənin yekununda Ağdam rayon Xan Şuşinski Adına Uşaq Muğam Musiqi Məktəbinin şagirdləri Baxşəli Rəhimov birinci, Nərmin Nemətli ikinci, Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına İncəsənət Məktəbinin şagirdi Vahid Məmmədli üçüncü yerə layiq görülüb.