Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdam rayonunun işğalının 21-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Bakı, 23 iyul (AZƏRTAC). İyulun 23-də Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların təmsilçiləri, ziyalılar iştirak ediblər.

Əvvəlcə tədbirin keçirildiyi Gənc Tamaşaçılar Teatrının foyesində təşkil olunan və Ağdamın tarixi, maddi-mədəniyyət abidələri, rayon qəhrəmanları, görkəmli ziyalıları, bugünkü vəziyyəti ilə bağlı sərgiyə baxış oldu.

Sonra “Ağrılı və qürurlu yaddaş, yaxud Azərbaycanın Ağdamı” adlı sənədli film nümayiş etdirildi. Azərbaycan Televiziyasının Qarabağ mövzusunda hazırladığı bu növbəti film Ağdamın tarixindən, zəngin təbiətindən, zəhmətkeş insanlarından, rayonun düşməndən qəhrəmanlıqla müdafiə olunmasından, buna baxmayaraq 1993-cü ilin iyulunda işğal edilməsindən, dövlətin ağdamlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü tədbirlərdən bəhs edir.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov rayonun tarixindən, işğal nəticəsində Ağdama dəymiş ziyandan, müharibə dövründə ağdamlıların göstərdikləri qəhrəmanlıqlardan danışıb. O deyib ki, öz vətənini, torpağını sevən hər bir insan üçün uşaqlıq xatirələri ilə dolu kəndinin, el-obasının işğalını yad etmək çox ağırdır. Bu tarix hər bir ağdamlının qəlbində acı bir xatirə kimi hər zaman yaşayır və yaşayacaq. Dağlıq Qarabağ münaqişəsi başlayan ilk gündən Ağdam hadisələrin mərkəzində oldu. Müharibə zamanı ağdamlılar öz mərdlik və şücaətlərini ortaya qoydular, son ana qədər Ağdamın müdafiəsindən geri çəkilmədilər.

R.Məmmədov xatırladıb ki, rayonun böyük bir hissəsinin ermənilər tərəfindən işğalı nəticəsində 143 min ağdamlı öz doğma ata-baba yurdlarından didərgin düşərək respublikamızın 62 şəhər və rayonunda məskunlaşıb. BMT Təhlükəsizlik Şurası Ağdamın işğalını pisləyən və işğalçı ordunun zəbt olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən 853 saylı qətnamə qəbul edib. Lakin təəssüf ki, digər qətnamələr kimi o da indiyədək yerinə yetirilmir.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov tədbirdə çıxış edərək Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış problemlərdən, bu problemlərin aradan qaldırılması istiqamətində dövlətimizin gördüyü işlərdən danışıb.

Əli Həsənov əminliklə bildirib ki, son 10 ildə Azərbaycanı bütün dünyada tanıdan, ölkəmizi qabaqcıl dövlətlər sırasına çıxaran Prezident İlham Əliyevin səyləri nəticəsində Dağlıq Qarabağ münaqişəsi mütləq həll ediləcək. Buna heç bir şübhə yoxdur.

Ağdamın Azərbaycanın füsunkar gözəlliyə malik guşələrindən olduğunu deyən Baş nazirin müavini bildirib ki, rayon ərazisində qədim tarixə malik türbələr, abidələr olub. Rayonun Üzərliktəpə adlanan ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində müəyyən edilib ki, Ağdam Qafqazda ilk şəhər tipli yaşayış məskəni olub.

Azərbaycan üçün həm strateji, həm iqtisadi baxımdan çox önəmli bir ərazi olan Ağdam həm də ölkəmizə böyük ziyalılar, alimlər, incəsənət xadimləri bəxş edib. Ağdamlılar müharibə dövründə çox böyük şücaətlər göstəriblər. Qarabağ müharibəsində 6 min şəhid verən Ağdamın 16 milli qəhrəmanı vardır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hər zaman ağdamlılara xüsusi diqqət və qayğı göstərdiyini deyən Əli Həsənov bu siyasətin bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev son 10 ildə bir neçə dəfə Ağdama səfər edib. Ölkədə tikilmiş 82 qəsəbənin 18-i məhz Ağdamda inşa olunub. Ərazisinin 77 faizinin işğal altında olmasına baxmayaraq, bu gün Ağdamda 70 mindən çox əhali yaşayır.

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsindən bəhs edən Baş nazirin müavini deyib ki, bu problemlə məşğul olan dövlətlər - ATƏT-in Minsk qrupunun üzvləri Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasındakı son çıxışından nəticə çıxarmalı, ikili standartlardan əl çəkməlidirlər. Erməni xalqı əgər firavan yaşamaq istəyirsə, ölkənin hazırkı rejimindən canını qurtarmalı və yenidən bizimlə mehriban qonşuluğa başlamalıdır.

Əli Həsənov tədbirdə bu yaxınlarda ermənilər tərəfindən əsir götürülmüş üç məcburi köçkünlə bağlı məsələyə də toxunub. Baş nazirin müavini xatırladıb ki, bu insanlar ermənilərin iddia etdikləri kimi sərhədi pozmayıblar, hər hansı cinayət törətməyiblər, sadəcə öz doğulduqları yerlərə gediblər, ata-babalarının, yaxınlarının qəbirlərini ziyarət ediblər. Həmin yerlər Azərbaycan ərazisidir. Təəssüflər olsun ki, Ermənistan tərəfi Cenevrə Konvensiyasına zidd hərəkət edir. Konvensiyanın şərtlərinə görə, müharibə şəraitində olan ölkələrin mülki vətəndaşları girov götürülərsə onların müdafiəsi üçün dərhal həmin konvensiya işə düşür. Konvensiyanın tələbinə görə, mülki vətəndaşlar əsir düşən gündən onlara Beynəlxalq Qızıl Xaç Komitəsi ilə görüşməyə icazə verilməli idi. Təəssüf ki, ermənilər bunu etməyiblər.

Əli Həsənov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələni öz nəzarətinə götürüb. Dövlətimizin başçısı hər gün onların taleyi ilə maraqlanır. Azərbaycan Hökuməti bu işlə məşğuldur.

Tədbirdə çıxış edən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 2-ci kurs tələbəsi Gündüz Salahov ağdamlı gənclərin torpaqlarımızın işğaldan azad olunması üçün hər cür qəhrəmanlığa hazır olduqlarını söyləyib.

Tədbir Ağdamın məşhur “Şur” xalq çalğı alətləri ansamblının və Bakıda fəaliyyət göstərən Ağdam uşaq musiqi məktəbləri kollektivlərinin çıxışları ilə başa çatıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib