AĞDAŞ ŞƏHƏR STADİONUNUN AÇILIŞI
İyulun 7-də Ağdaş şəhər stadionunun təntənəli açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Buraya toplaşan on minlərlə sakin dövlətimizin başçısını və onun xanımını böyük hörmət və ehtiramla, sürəkli alqışlarla qarşıladılar. Əvvəlcə, idmançıların və musiqi kollektivlərinin nümunəvi çıxışları oldu. Tamaşaçılar yüksək ustalıq nümayiş etdirən istedadlı gənclərin, yeniyetmələrin çıxışlarını hərarətlə alqışladılar.
Mərasimi Ağdaş rayon gənclər, idman və turizm idarəsinin rəisi Cavid Osmanov açdı.