Ağstafa rayonunda üç nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib VİDEO
Ağstafa, 29 aprel, AZƏRTAC
Bakı-Qazax magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində “Toyota” və “VAZ 2107” markalı avtomobil toqquşub.
AZƏRTAC xəbər verir ki, ilkin araşdırmalar nəticəsində “Toyota” markalı avtomobilin 6 sərnişinin yaralanması, “VAZ 2107”də 3 nəfərin ölməsi məlum olub.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.