Ağsu muzeyi: qədim, orta əsr və müasir tariximizi özündə yaşadan mədəniyyət məbədi
Ağsu, 17 may (AZƏRTAC). Ağsu tarix-diyarşünaslıq muzeyinin kollektivi 18 may - Beynəlxalq Muzeylər Gününü xüsusi tədbirlərlə qeyd edirlər.
AZƏRTAC xəbər verir ki, 2009-cu ildə əsaslı təmir olunmuş muzeyin ekspozisiyası bu il yenidən qurulmuşdur. Muzeyin əməkdaşları burada toplanmış eksponatlar əsasında rayonun qədim, orta əsr və müasir tarixi barədə ziyarətçilərə ətraflı məlumat verirlər.
Hazırda muzeyin üç zalında yüzlərlə eksponat nümayiş etdirilir.
Birinci zalda Ağsu ərazisində aşkar olunmuş antik dövr maddi-mədəniyyət nümunələri, o cümlədən Nüydi ərazisindəki qədim yaşayış məskənindən tapılan eramızdan əvvəl V-IV əsrlərə aid gil və saxsı qablar diqqəti cəlb edir.
İkinci zalda “Xaraba şəhər” adlanan ərazidə arxeoloji qazıntılar zamanı tapılmış gil, şüşə, saxsı qablar, qadın bəzək əşyaları, sikkələr, boyaqxanada istifadə olunan küp və sair nümunələr nümayiş etdirilir.
Üçüncü zalda isə tamaşaçılara 1918-ci ildən sonra Azərbaycanın ictimai-siyasi həyatını əks etdirən sənədlərdən nümunələr, xüsusilə ermənilərin azərbaycanlılara qarşı soyqırımı ilə bağlı materiallar, 1941-1945-ci illər müharibəsi zamanı rayonun real vəziyyətinə dair sənədlər və sair təqdim olunur. Burada, habelə 20 Yanvar və Xocalı faciələrini, Ermənistanın təcavüzünü əks etdirən güşələr diqqəti cəlb edir.
Muzeyin 2-ci mərtəbəsində Ağsunun bu gününü əks etdirən məlumatlar yerləşdirilmişdir. Burada ümummilli liderimiz Heydər Əliyevə və Prezident İlham Əliyevə həsr olunmuş guşələr də zövqlə tərtib olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]