Ağsu rayon sakinindən narkotik vasitələr aşkarlanaraq götürülüb
Bakı, 12 fevral, AZƏRTAC
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq məsuliyyətə cəlb edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Navahı kənd sakini Ruslan Hüseynov şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Axtarış zamanı həmin şəxsdən narkotik heroin, tiryək və metamfetamin aşkarlanıb. Davam etdirilən tədbirlər nəticəsində R.Hüseynovun yaşadığı ünvana baxış keçirilib və oradan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanıb.