Ağsuda iki uşaq güclü selin yaratdığı təhlükədən xilas edilib
Ağsu, 15 may, AZƏRTAC
Mayın 14 -də şimal dağlıq ərazilərə yağan güclü leysan yağıntıları nəticəsində yaranan sel-suları Ağsu rayonunun Quzay kəndində 14 yaşlı iki uşağın həyatını ölümlə üz-üzə qoyub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, axşamüstü saat 18 radələrində Ağsu çayının Suraxanı kəndi istiqamətindəki qoluna gələn güclü sel malları örüşdən gətirən və o anlarda çay qolunu keçmək istəyən Quzay kənd sakinləri Eyyub Əmirov və Ömər Ömərovu “yaxalayıb”. Uşaqlar qaçaraq çaydan çıxmağa çalışsalar da bunun mümkün olmadığını görüb sahilə yaxın yerdəki ağaca çıxıblar. Uşaqların bu vəziyyətdə kömək harayını eşidən kənd sakinləri Yalçın və Rövşən Əsədov qardaşları çox çətinliklə onları xilas edə biliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:09]
Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO
- 10.10.2026 [17:03]
Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib
- 10.10.2026 [16:46]
Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB
- 10.10.2026 [13:44]