Azərbaycan Dövlət İnformasiya Agentliyi

AHİK İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

Bakı, 30 aprel, AZƏRTAC

Aprelin 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin onlayn formatda iclası keçirilib.

AHİK-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun sədri, deputat Səttar Möhbalıyev iclasın gündəliyinə “Azərbaycan həmkarlar ittifaqlarının 2020-ci üzrə gender statistikası haqqında”, “Azərbaycan həmkarlar ittifaqları idman təşkilatlarının 2020-ci ilin yekunları üzrə fəaliyyəti və statistik hesabatları haqqında”, “Həmkarlar ittifaqlarının xidmətində olan kitabxanaların və mədəniyyət müəssisələrinin 2020-ci il üzrə hesabatı haqqında”, “2020-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının təsis edilməsi haqqında”, “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə keçirilən respublika müsabiqəsinin 2020-ci il üzrə yekunları haqqında” və digər cari və təşkilati məsələlərin daxil edildiyi barədə məlumat verib.

Mövzularla bağlı çıxışlarda qeyd olunub ki, ölkə iqtisadiyyatının müxtəlif sahələrində gender bərabərliyinin reallaşmasında həmkarlar ittifaqlarının iştirakı, habelə həmkarlar ittifaqlarının strukturlarında gender bərabərliyinin gözlənilməsi və qadınların rəhbər vəzifələrdə təmsil olunması vəziyyətinə görə, 2021-ci ilin 1 yanvar tarixinə həmkarlar ittifaqları üzvlərinin sayında kişilər 48 faiz, qadınlar isə 52 faiz təşkil edir. Ötən illə müqayisədə həmkarlar ittifaqı təşkilatlarının sayında dəyişikliklər müşahidə olunur ki, bu da ölkədə baş verən pandemiya şəraitində iqtisadi aktivliyin azalması ilə əlaqədar olaraq bir sıra idarə, müəssisə və təşkilatların ləğv olunması, yenilərinin yaranması, birləşməsi, o cümlədən struktur dəyişikliklərindən irəli gəlir. Həmkarlar ittifaqlarının üzvlərinin 50,8 faizi gənclər, 49,2 faizi gənc qadınlardır.

Bildirilib ki, bütün səviyyəli rəhbər vəzifələrdə çalışanların 39,8 faizi qadınlardır ki, onlardan da 45,7 faizi gənc qadınlardır. Rəhbər vəzifədə işləyən qadınların sayı isə 7 faiz azalaraq 40,3 faiz, onlardan maaşlı vəzifə tutanların sayı 2 faiz artaraq 25 faiz olub. O cümlədən gənc sədr qadın vəzifəsində işləyənlərin sayında 3,5 faiz artım müşahidə olunur. Bu da 36,5 faiz edir, onlardan pullu vəzifə tutan gənc qadınların sayı 1,1 faiz azalaraq 20,9 faiz olub. Deyilib ki, həmkarlar ittifaqının seçkili orqanlarında qadınların sayı 3,2 faiz artaraq 45,2 faiz təşkil edib.

Çıxışlarda diqqətə çatdırılıb ki, qadınların ictimai fəallığının artırılması daim Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzində olduğu məsələlərdəndir, həmkarlar ittifaqları da bu sahəyə xüsusi önəm verir.

Həmçinin qeyd olunub ki, hesabat ilinin sonunda ötən illə müqayisədə həmkarlar ittifaqlarının strukturlarında fəaliyyət göstərən gender bərabərliyi və qadın problemləri üzrə komissiyaların sayında 2070 (2116) azalma olub, üzvlərin sayı isə artaraq 11 min 170 nəfər (8569) təşkil edib. Gender və qadın problemləri üzrə komissiyalardan əlavə, bu problemlərlə yerlərdə 804 nəfər xüsusi təyin olunmuş məsul şəxsin fəaliyyət göstərdiyi diqqətə çatdırılıb. Bu da keçən illə müqayisədə 9,8 faiz azalıb.

Hesabat ilində sahə həmkarlar ittifaqı orqanları və onların üzv təşkilatlarının səyi nəticəsində gender və qadın problemlərinə həsr olunmuş 34 seminar, dəyirmi masa və digər tədbirlər keçirildiyi, burada 500 nəfərə yaxın şəxsin, o cümlədən beynəlxalq səviyyəli təşkilatların iştirakı ilə keçirilmiş 5 tədbirdə 6 nəfər qadının iştirak etdiyi bildirilib. Bu da ötən illə müqayisədə bütün dünyada və Azərbaycanda COVID-19 infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədardır.

AHİK İcraiyyə Komitəsinin 15.07.2020-ci il tarixli qərarına əsasən, sahə həmkarlar ittifaqı orqanlarından 45 gəncdən 2019-cu il üzrə 19 nəfər gənc qadın “İlin peşəkar gənci” fəxri adına layiq görülüb. Qeyd olunan məlumatlardan sonra “Azərbaycan həmkarlar ittifaqlarının 2020-ci üzrə gender statistikası haqqında” qərar müzakirələrdən sonra qəbul edilib.

“2020-ci il üzrə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adının təsis edilməsi haqqında” AHİK İK-nin qərarının icrası barədə müzakirə zamanı bildirilib ki, respublikada həmkarlar ittifaqı üzvlərinin üçdəbiri 35 yaşınadək olan gənclərdir və bu gün ölkə gəncləri yeni, müasir və müstəqil ölkənin qurulmasında fəal iştirak edirlər. Həmkarlar ittifaqları gənclərin fəallığını təmin etməyə, rəhbər orqanlarda təmsil olunmalarına şərait yaratmağa, işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin qorunmasına çalışırlar.

Qeyd olunub ki, artıq bir neçə ildir ki, həmkarlar ittifaqlarının gənclər şuraları fəaliyyət göstərir və gənc liderlər beynəlxalq təşkilatların keçirdikləri toplantılara dəvət edilirlər. Vurğulanıb ki, “İlin peşəkar gənci” fəxri adı gənclər şuralarının fəaliyyətinin yüksəldilməsinə, istedadlı gənclərin üzə çıxarılmasına, onlara həmkarlar ittifaqı təşkilatı tərəfindən diqqətin artırılmasına xidmət edir. Həmçinin 23 sahə həmkarlar ittifaqı orqanlarından 50 nəfər gənc işçinin sənədləri AHİK-ə daxil olduğu, onların fəaliyyətini əks etdirən məlumatların ümumiləşdirilərək təqdimat hazırlandığı bildirilib. Sonra AHİK-in İcraiyyə Komitəsi tərəfindən qərara alındı ki, əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adı verilsin və onlara Fəxri Diplom, Döş nişanı və vəsiqə təqdim edilsin, həmçinin onların ictimaiyyətə tanıdılması üçün bir sıra tədbirlər həyata keçirilsin.

Bildirilib ki, “Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq sahəsində ilin ən yaxşı müəssisəsi - 2020” adı uğrunda keçirilən müsabiqədə 1730-dan artıq müəssisə və təşkilat iştirak edib. 17 sahə həmkarlar ittifaqlarını təmsil edən 155 müəssisədən 37 qalib müəssisə və təşkilatın sənədləri mükafatlandırılma üçün AHİK-ə göndərilib.

AHİK-in İcraiyyə Komitəsində “Sağlam və təhlükəsiz iş şəraiti yaratmaq sahəsində ilin ən yaxşı müəssisəsi - 2020” adı uğrunda respublika müsabiqəsinin 2020-ci il üzrə qaliblərinin AHİK-in diplom və hədiyyələri ilə təltif edilməsi qərara alınıb, həmçinin bu deviz altında növbəti il üzrə respublika müsabiqəsinin elan edilməsi nəzərdə tutulub.

Müzakirə olunan məsələlərə münasibət bildirən AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev qeyd edib ki, çalışmalıyıq ki, rəhbər orqanlarda qadınların sayın artırılsın. Qadın kişi ilə bir yerdə işləyirsə, onların hüquqları da bərabər olmalıdır, bu, bütün məsələlərdə, xüsusən də əməkhaqqı sahəsində özünü göstərməlidir.

Ölkəmizin dünyada tanıdılması üçün idman sahəsinə hərtərəfli dəstəyin vacibliyinə diqqət çəkən AHİK sədri bildirib ki, hazırda idmançılarımız ölkəmizi tanıtdırmaq üçün səylə çalışırlar. Bu gün ölkə Prezidenti idman sahəsinə xüsusi diqqət və qayğı göstərir, pandemiyaya qədər ölkəmizdə müxtəlif növ beynəlxalq yarışlar keçirilirdi. Azərbaycan dünyada daha çox idman ölkəsi kimi tanınır. S.Möhbalıyev bunun üçün də həmkarlar təşkilatlarının idmançılara diqqət yetirməli olduğunu vacib hesab edib və xüsusilə vurğulayıb ki, bunun üçün idmanın kütləviliyi artırılmalı və onlar üçün hər bir şərait yaradılmalıdır.

AHİK sədri “İlin peşəkar gənci” müsabiqəsini keçirməkdə məqsədin savadlı, fəal gəncləri seçmək olduğunu bildirərək qeyd edib ki, qaliblərin sayını artırmaq, seçim məsələsində ədaləti ən yüksək səviyyədə qorumaq, ictimai sahədə fəal olan, həmkarlar ittifaqlarına üzv olanlara üstünlük verməliyik.

Konfederasiya sədri iş prosesində sağlam əmək şəraitinin yaradılmasının vacib olduğunu önə çəkib. Onun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə bildirib ki, fəaliyyətimizdə ən vacib məsələ xalqımızın sağlamlığıdır və biz də buna çalışmalıyıq. Sədr pandemiya başlayan zaman dövlətimizin xalqımızın sağlamlığı naminə bütün zəruri tədbirləri gördüyünü vurğulayıb, həmçinin koronavirusa qarşı peyvəndi ilk alan ölkələrdən olduğumuzu bildirib.

İclasda təşkilat məsələsinə də baxılıb. İlmir İsmayılov Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasının sədri seçilib.

İcraiyyə Komitəsinin iclasında digər cari məsələlərə də baxılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb