Aİ-nin Qazaxıstandakı səfiri: Biz tarixi İpək Yolunu yenidən dirçəldirik
Astana, 9 iyul, AZƏRTAC
"Bu gün biz Mərkəzi Asiyadan Avropaya qədər uzanan Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzərində işləyirik".
AZƏRTAC “Kazinform”a istinadən bildirir ki, bu barədə Avropa İttifaqının Qazaxıstandakı səfiri Kestutis Yankauskas açıqlama verib.
Astanada “Mərkəzi Asiyada İpək Yolu irsinin dəhlizləri – Avropa Mədəni İrs İlinin beynəlxalq aspektləri” adlı regional layihənin nəticələri təqdim olunub. Layihə İpək Yolunun mədəni irsini qorumaq və təbliğ etmək məqsədi güdür.
“Əslində, biz çox əsrlər əvvəl bizi birləşdirən tarixi İpək Yolunu yenidən dirçəldirik. Layihə əcdadlarımızın irsinin qorunmasına və bütün Mərkəzi Asiyanı birləşdirən bu məşhur mədəni sərvətin təbliğinə töhfə verir”, - deyə o əlavə edib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]