Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Yaqub Mahmudov: Heydər Əliyev Azərbaycan xalqının Qurtuluş mübarizəsinin qalibidir

Akademik Yaqub Mahmudov: Heydər Əliyev Azərbaycan xalqının Qurtuluş mübarizəsinin qalibidir

Bakı, 15 iyun, AZƏRTAC

Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü dahi Heydər Əliyev şəxsiyyəti, onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev yeni Azərbaycanın qurucusu, xalqımızın Qurtuluş mübarizəsinin qalibidir. Azərbaycanın ən kütləvi və ən müasir siyasi partiyasını - Yeni Azərbaycan Partiyasını o yaradıb. Ömrünün on ili ərzində Heydər Əliyev doğma xalqı üçün ən müasir, demokratik, hüquqi və dünyəvi dövlət qurub. Müstəqil dövlətimiz - Azərbaycan Respublikası Ulu Öndərin şah əsəri və doğma xalqına müqəddəs əmanətidir.

Bu fikirlər AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun AZƏRTAC-a açıqlamasında yer alıb.

O bildirib ki, 1990-1993-cü illər Heydər Əliyevin Vətən naminə mübarizə yolunda xüsusi yer tutur. Həmin dövr Azərbaycanın tarixində “olum, ya ölüm” mübarizəsi dövrü idi. Sovet imperiyasının mərkəzindən idarə olunan xəyanətkar rəhbərlər və onları əvəz edən, dövlət idarəçiliyi təcrübəsi olmayan Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi məmləkəti dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Azərbaycan Cənubi Qafqazın xəritəsindən silinmək üzrə idi. Bu zaman əliyalın xalqın yeganə qələbə ümidi Heydər Əliyev zəkası idi. 1990-cı il yanvarın 21-də həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib doğma xalqına başsağlığı verən, Bakıda kütləvi qırğın törədənlərin cəzalandırılmasını tələb edən Heydər Əliyev, əslində, doğma xalqının Qurtuluş mübarizəsinin önünə sovet imperiyasının paytaxtında keçdi. Bununla Heydər Əliyevin başçılığı ilə Azərbaycan xalqının Qurtuluş mübarizəsi başlandı. Dahi siyasətçi xalqının ağır günündə Kremlin təqiblərindən yaxa qurtarıb 1990-cı il iyulun 20-də Vətənə döndü. Lakin Bakıda tariximizin ən rüsvayçı faktlarından biri baş verdi: xalqın xilaskar oğluna vaxtilə onun qurub-yaratdığı paytaxtda qalmaq, ağır fəlakət anında doğma xalqı ilə birlikdə olmaq, ona yol göstərmək imkanı verilmədi. Böyük dövlət xadimi Bakıya gəlişindən iki gün sonra - 1990-cı il iyulun 22-də doğulduğu Naxçıvana pənah aparmalı oldu. Heydər Əliyev Naxçıvanda bütün Azərbaycanın Qurtuluş mübarizəsini davam etdirdi. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözlərinin çıxarılıb atılması, Naxçıvan “Ali Sovet”inin “Ali Məclis” adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının ilk dəfə burada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması və qaldırılması, Kommunist Partiyası yerli orqanlarının fəaliyyətinin dayandırılması, SSRİ-nin saxlanılması barədə referendumdan imtina olunması, 1990-cı ilin 19-20 yanvar qırğınına siyasi qiymət verilməsi, dünya azərbaycanlılarının həmrəylik gününün qeyd olunması barədə tarixi qərar çıxarılması, yeni iqtisadi-təsərrüfat sisteminin qurulmasına başlanması, habelə bir çox digər cəsarətli addımlar Naxçıvanı Qurtuluş mücadiləmizin önünə çıxardı.

90-cı illərin əvvəlində ölkə fırtınalı dənizdə sükançısı olmayan gəmiyə bənzəyirdi. Ən qorxulusu o idi ki, əgər vaxtilə bir çağırışa “Azadlıq” meydanına 100 minlərlə və daha çox Vətən övladı toplanırdısa, indi bu fəallıq artıq aradan qalxmışdı. Sanki xalqın mübarizə əzmini qırıb məhv etmişdilər. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı. Azərbaycanın xaricdəki düşmənləri daxildəki xəyanətkarlarla birləşmişdilər. Ermənilər isə Azərbaycanın torpaqları hesabına “böyük Ermənistan” yaratmaq planlarını addım-addım həyata keçirirdilər. Daxilimizdəki satqınlar da Azərbaycanı öz aralarında parçalamağa çalışırdılar. Məsələn, əvvəllər Xalq Cəbhəsinin fəallarından olan birisi cənub bölgəsində “Talış-Muğan Respublikası” yaratdığını elan etmişdi. Xalq Cəbhəsinin “Milli Qəhrəman” adı verilmiş digər nümayəndəsi isə hakimiyyətə can atırdı. O, başçılıq etdiyi silahlı dəstələrin gücü ilə hakimiyyəti zorla ələ keçirməyə çalışırdı. Bu məqsədlə öz “hərbi qüvvəsi” ilə hakimiyyəti zorla ələ keçirmək üçün müxtəlif istiqamətlərdən, o cümlədən Navahıdan Bakıya daxil olmağa çalışırdı. Navahıda Əbülfəz Elçibəyin tərəfdarları ilə Surət Hüseynovun dəstələri arasında atışma da baş vermiş, Vətən oğulları bir-birinin qanını axıtmışdılar. Artıq vətəndaş müharibəsi başlanmışdı. Mən bu dəhşətli mənzərənin canlı şahidiyəm. O zaman barışıq yaratmaq üçün bir neçə ziyalı ilə Navahıya getmişdik.

Mən cəbhə bölgələrini qarış-qarış gəzmişəm. Kərkicahanda, Xocalıda, Cəmillidə, Meşəlidə, Köhnəkənddə, Qubadlıda, Laçında gəncləri döyüşə ruhlandıranda hamı bir ağızdan deyirdi ki, bizi bu bəladan, fəlakətdən Heydər Əliyev xilas edəcəkdir, burada vaxt itirməyin, onu hakimiyyətə dəvət edin!

Bu gün Azərbaycan müstəqil dövlət kimi yaşayırsa, xalqımız Heydər Əliyev kimi qüdrətli bir tarixi şəxsiyyətə minnətdar olmalıdır. Bunu o zamanlar da bir ziyalı kimi düşünürdüm. Hələ Naxçıvanda fəaliyyət göstərdiyi dövrlərdə Heydər Əliyev əslində bugünkü Azərbaycanın müstəqilliyinin qorunub saxlanması ideyaları ilə yaşayırdı. Blokada şəraitində, ona qarşı daxili qüvvələrin törətdiyi qəsd, onu hakimiyyətdən kənar etmək və s. kimi şəraitlərdə Heydər Əliyev təkcə Naxçıvan üçün yox, bütün Azərbaycan üçün düşünürdü. 1992-ci ilin noyabrında Naxçıvanda olub, onunla görüşlərdə iştirak etdim. Ondan sonra 1992-ci ilin dekabrında “Səs” qəzetində ardıcıl çıxış etdim ki, Azərbaycanın gələcəyi Yeni Azərbaycan Partiyası ilə bağlıdır. Yəni, o zaman Azərbaycan xalqının müdrikliyinin nəticəsi idi ki, xalqımız o ağır şəraitdə düşünüb-daşınaraq, yeganə düzgün yol seçdi, Heydər Əliyevin hakimiyyətə qayıdışına nail oldu. Hələ 1969-cu ildən, yəni, onun Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi vaxtdan Azərbaycanın yüksəlişi Heydər Əliyevlə bağlı idi. Azərbaycan o zaman inkişaf etmiş respublikalardan birinə çevrilmişdi. Həmçinin Azərbaycanı böyük sovet məkanında ən tanınmış respublikaya çevirmiş, dünyada tanıtmışdır. Ona görə də xalqımız düzgün hərəkət edərək, öz nicatını Heydər Əliyevdə gördü və o, xalqın təkidli tələbi ilə Azərbaycanın rəhbərliyinə dəvət olundu.

Hamımızın yaxşı yadındadır ki, 1993-cü ildə Azərbaycanın ənənəvi xarici düşmənləri və onların ölkə daxilindəki əlaltıları dövlətçiliyimizi yox olmaq həddinə çatdırmışdılar. Azərbaycan siyasi bir varlıq kimi Qafqazın xəritəsindən silinmək təhlükəsi qarşısında idi. İnkarolunmaz həqiqətdir ki, məhz belə bir ağır tarixi şəraitdə, demək olar ki, ümidsiz bir vəziyyətdə qalan Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş, xalqımızı tarix boyunca dəfələrlə qan içərisində boğmuş ənənəvi düşmənlərin, onların bitib-tükənməyən məkr, hiylə və ən müasir silahlarının qarşısında məhz Heydər Əliyev şəxsiyyəti duruş gətirə bildi, Heydər Əliyev zəkası qalib gəldi! Bu dahi şəxsiyyətin qədirbilən xalqımız qarşısında ən böyük tarixi xidməti budur ki, doğma torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycanın varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı!

Heydər Əliyev xalq arasında çox böyük nüfuza malik idi. 1993-cü ilin iyununda Gəncədə baş verən hadisələrdə artıq qardaş qardaşın qanını tökmüşdü. Lakin Heydər Əliyevin Gəncəyə getməsi ilə sanki son həddə çatmış ehtirasların üzərinə sərin su çiləndi. Ulu Öndərin qayıdışı onun böyüklüyünü, xalqına nə qədər bağlı olduğunu sübut edirdi. Çünki bundan bir az əvvəl bəzi qüvvələr ömrünün böyük hissəsini Azərbaycana həsr etmiş Heydər Əliyevin Binə Hava Limanında yerə enməsinin, paytaxtda qərar tutmasının qarşısını almağa cəhd göstərmişdilər. Və buna görə də onun haqqı çatırdı ki, hakimiyyətə qayıtmaq çağırışlarına müsbət cavab verməsin! Amma dahi şəxsiyyət belə hərəkət etmədi!

Ümumxalq sevgisinə arxalanan Heydər Əliyev öz qətiyyəti ilə Vətəni 1994-cü ilin oktyabr və 1995-ci ilin mart sınaqlarından da çıxardı, ölkəni çapıb-talayan quldur dəstələrini tərk-silah etdi, Vətənimizdə sabitlik və əmin-amanlıq yaratdı, xalqımızda sabaha inam oyatdı. O zaman xalqımıza məhz bu lazım idi. Bu, o zaman, sözün əsl mənasında, çox böyük siyasi hünər idi!

Bu gün mən bir ziyalı, bir tarixçi kimi xalqımıza bir daha səslənirəm ki, o zaman Heydər Əliyev müharibə məsələsində düzgün mövqe tutdu. Müdrik bir strateq kimi, bir sərkərdə kimi real vəziyyətlə, tarixi şəraitlə hesablaşdı. Düşmənin və onun beynəlxalq havadarlarının gücünü, planlarını, Azərbaycanın düşdüyü qanlı burulğanın nə qədər təhlükəli olduğunu nəzərə aldı. Real vəziyyətdən çıxış edərək atəşkəs rejiminə nail oldu. Bununla da, Azərbaycanın gənc, sağlam qüvvələrinin qırılıb məhv edilməsinin qarşısını aldı - genefondumuzu xilas etdi. Bu, Azərbaycan xalqının yaşaması, gələcəyi demək idi. Belə addımı o zaman yalnız Vətənin, xalqın gələcəyini düşünən, bunun üçün bütün varlığı ilə yanan böyük dövlət xadimi ata bilərdi!

Heydər Əliyevin bir sözü o zaman böyük bir problemin həlli üçün kifayət idi. Biz qondarma “Talış-Muğan Respublikası”nın yaradılması məqsədilə qaldırılmış qiyamın yatırılmasında bunun şahidi olduq. Dahi şəxsiyyətin bir çağırışı kifayət etdi ki, xalq bu separatçılıq addımının qarşısını alsın. Eləcə də ölkənin şimalındakı problemlər yoluna qoyuldu. Balakəndə separatçılar baş qaldırmışdı, qondarma “Car-Balakən Respublikası” yaratmağa cəhd etmişdilər. Bu separatçı hərəkətlərin qarşısının alınmasında mənimlə birlikdə Balakənə göndərilmiş bir qrup ziyalı mühüm rol oynadı. Az müddət ərzində ordu quruculuğuna başlanıldı, silahlı dəstələr zərərsizləşdirildi. Mənim xatirimdədir, həmin arada mən Balakən rayonunu, bütün Şimal-Qərbi Azərbaycanı qarış-qarış gəzmişəm. O vaxt bu diyarın dağ yollarında maşınlar quldur dəstələrinin qorxusundan hərəkət etmirdi. Amma Heydər Əliyev hakimiyyətə gələn kimi bunlara son qoyuldu. Yaxud da atəşkəs böyük əhəmiyyətə malik idi. Çünki atəşkəs dövründə biz özümüzə gəlməyə, haqq səsimizi dünyaya çatdırmağa imkan qazandıq. Hansı ki, o vaxta qədər dünya elə bilirdi ki, Dağlıq Qarabağ Ermənistanın ərazisidir və Azərbaycan oranı işğal etmək istəyir. Məhz Heydər Əliyevin gördüyü böyük işlər sayəsində biz ədalətin kimin tərəfində olduğunu bütün dünyaya çatdıra bildik. Yəni Heydər Əliyev kiçik xalqın övladı olsa da, böyük xalqların böyük şəxsiyyətlərindən daha ucada duran dahi idi. Və bu böyük şəxsiyyət olmasaydı, biz həmin bəlalara qalib gələ bilməzdik! Heydər Əliyev Atatürk, Cavahirləl Nehru, Corc Vaşinqton, Bismark, De Qoll kimi məşhur siyasi xadimlərlə bir sırada duran dahi şəxsiyyətdir. Hansı ki, məhz bu cür şəxsiyyətlər mənsub olduqları xalqı çıxılmaz böhran anlarından çıxara bilirlər!

Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Dünya meydanında söz sahibidir. Olduqca mürəkkəb və dəyişən dünyamızda Heydər Əliyevin siyasi varisi olan Prezident İlham Əliyev ölkəmizi böyük müdrikliklə və qətiyyətlə idarə edir, qələbədən-qələbəyə qovuşdurur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH