Aleksandr Lukaşenko Belarus məktəblərində tədris prosesinin bərpa olunmasını təklif edib
Minsk, 17 aprel, AZƏRTAC
Belarus Prezidenti Aleksandr Lukaşenko gələn həftədən məktəblərdə tədris prosesinə başlamaq lazım olduğunu bildirib.
AZƏRTAC BELTA agentliyinə istinadla xəbər verir ki, A. Lukaşenko bu fikri aprelin 17-də Qrodno vilayətinin Lidski rayonuna işçi səfəri zamanı səsləndirib.
Dövlət başçısı deyib: “İnsanların təhsili məsələsinə diqqəti artırmaq, məktəblərdə oxumağa başlamaq lazımdır. Amma yavaş-yavaş, sakitcə. Kənddə problem yoxdur (anlamaq lazımdır ki, biz uşaqları yedirtməliyik, amma indi əkin vaxtıdır, bəs uşaqları hara qoyaq). Orada problem yoxdur. Kəskin respirator virus infeksiyası artıq bitib”.
“Buna görə əgər kimsə harada isə məşğul ola bilərsə, qoy məşğul olsun. Şəhərdə təxminən Pasxadan bir həftə sonra sonuna uşaqları tədris prosesinə cəlb etmək olar. Oxumağa tədricən başlamaq lazımdır... Amma bu prosesi başlamaq lazımdır”. Belarus lideri belə hesab edir.
Belarusda məktəb tətilləri iki dəfə uzadılıb - hər dəfə bir həftə. Təhsil naziri İqor Karpenko şagirdlərin valideynlərinin fikirlərini və müraciətlərini təhlil edərək aprelin əvvəlində vəziyyət haqqında dövlət başçısına məlumat verdi. Bundan sonra yaz tətilini aprelin 6-dan 11-dək uzatmaq barədə qərar qəbul edildi. Sonra yaz tətili daha bir həftəyə uzadıldı.
Dərs ilinin dördüncü rübündə tədris prosesi aprelin 20-dən mayın 30-dək həyata keçiriləcək. Təhsil Nazirliyi dəstəkləyici və stimullaşdırıcı məşğələlər hesabına hər fənn üzrə tədris proqramlarına və tematik təqvim planlarına düzəliş etməli idi.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]