ELM VƏ TƏHSİL
“Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları” - təlim
![](/files/galleryphoto/2024/1/1200x630/17049597485827823872_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17049597485592438703_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1704959748353712390_1200x630.jpg)
Bakı, 11 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında ibtidai sinif müəllimliyi ixtisasının təhsil proqramının akkreditasiyası ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən “Ali təhsil müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları” mövzusunda təlim keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, Agentliyin Təlim və metodologiya şöbəsinin baş məsləhətçisi Şəlalə Mahmudova tərəfindən həyata keçirilən təlimdə filialın struktur rəhbərləri, eləcə də proqram akkreditasiyası üzrə Təşkilat Komitəsinin üzvləri, kafedraların laborantları, ibtidai sinif müəllimliyi ixtisası üzrə fənləri tədris edən bəzi müəllimlər də daxil olmaqla 30 nəfər iştirak edib. İki gün davam edən təlimdə proqram akkreditasiyası üzrə təsdiq olunmuş 12 meyar və hər meyara daxil edilən indikatorların əhatə dairəsi, proqram akkreditasiyası üçün sənədlərin hazırlanması qaydaları, cədvəllərin tərtibi, özünütəhlil hesabatının yazılması qaydaları haqqında məlumat verilib, suallar cavablandırıb.