Alimlər Antarktidada tapılan piramidanın mənşəyini izah ediblər
Bakı, 5 fevral, AZƏRTAC
ABŞ-ın Kaliforniya Universitetindən olan geoloqlar Antarktida dağlarında piramidaların mövcudluğunu təkzib ediblər. Onların sözlərinə görə, bu, piramidaşəkilli dağlardır.
AZƏRTAC xəbər verir ki, bu barədə “LiveScience” xəbər portalı məlumat yayıb. Bundan əvvəl peyk şəkillərinin Antarktidada Ellsuort dağ massivində yerləşən naməlum mənşəli piramidaşəkilli fiqurlar aşkarlaması barədə mediada xəbərlər yayılmışdı. Alimlərin sözlərinə görə, bu, 1935-ci ildə kəşf olunan dağdır və dağ massivinin zirvələrindən biri hesab olunur. Dağın qeyri-adi forması eroziya nəticəsində əmələ gəlib: buzlaq əriyən zaman su dağın çatlarının arasına dolur, donaraq buza çevrilir və dağda olan çatları genişləndirir. Proses milyon illər ərzində dəfələrlə təkrarlanır, qayalar tədricən piramida şəklini alır.
“Bu, adi dağdır. Yer kürəsində dağların əksəriyyəti piramidanı xatırladır, lakin bir qayda olaraq onların iki və ya üç tərəfi olur. İndi olduğu kimi dörd tərəfə nadir hallarda rast gəlinir, lakin bu, qeyri-adi hal deyil”, - deyə alimlər qeyd ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
- 24.09.2026 [05:19]
Zelenski: Bizim bu qışı Rusiya üçün ağrılı etməkdən başqa çarəmiz yoxdur
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]
"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb
- 23.09.2026 [22:19]
Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyununda qalib gəlib
- 23.09.2026 [22:01]