ALMAN EKSPERTLƏRİ AĞGÖL QORUĞUNDA TƏDQİQATLARA BAŞLAMIŞLAR
Almaniyanın Mixail Zukkov Təbiəti Mühafizə Fondunun ekspertləri Ağcabədi rayonundakı Ağgöl dövlət qoruğunda ətraf mühitin vəziyyətini öyrənməyə başlamışlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat mərkəzindən bildirmişlər ki, suyun nümunəsi araşdırıldıqdan sonra Fond özünün işləyib hazırladığı “Ağgöl qoruğunun xilas edilməsi” layihəsini həyata keçirməyə başlamaq niyyətindədir. Bu, onun Azərbaycanda həyata keçirəcəyi ilk layihədir. Azərbaycan tərəfindən layihənin əlaqələndiricisi Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Qoruq 1964-cü ildə, su quşlarının qışlamasını təmin etmək və su-bataqlıq ekosisteminin mühafizəsi üçün yaradılmışdır.
“Ağgöl qoruğunun xilas edilməsi” layihəsini həyata keçirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyində komissiya yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [12:31]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 26.10.2026 [16:04]
Yaxın iki gündə hava necə olacaq? – PROQNOZ
- 26.10.2026 [12:30]
Sabah hava əsasən yağmursuz olacaq
- 26.10.2026 [11:11]
Tədqiqat: Yaşıl istiqrazlara investisiyada etimad amili ön plana çıxır
- 25.10.2026 [12:52]
Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb
- 25.10.2026 [11:15]
Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb
- 24.10.2026 [14:46]
Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ
- 23.10.2026 [18:14]