ALMAN TEXNİKİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI TOVUZLULARA YARDIM GÖSTƏRİR
Alman Texniki Əməkdaşlıq Təşkilatı Tovuz rayonunda aztəminatlı ailələrə 247 ton un paylamışdır.
Tovuz Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, təşkilat tərəfindən tovuzlu fermerlərə akademik Cəlal Əliyevin yetişdirdiyi 10 tondan yuxarı “Əkinçi-2” buğda toxumu paylanıb. Bundan əlavə, təşkilat Aşağı Ayıblı kənd orta məktəbinin yararsız hala düşmüş dam örtüyünü əsaslı təmir etdirmiş, rayon məktəblilərinə 20 adda 3 milyon manatlıq dərslik paylanmışdır. Təşkilatın rayon əhalisinə yardımı davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]