Almaniya Hərbi Dəniz Qüvvələrinin “Bayern” freqatı modernləşdiriləcək
“Rheinmetall” şirkəti Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus 143 metr uzunluğundakı “Bayern” freqatının modernləşdirilməsini həyata keçirəcək.
AZƏRTAC xəbər verir ki, şirkətin məlumatında sifariş əsasında həyata keçiriləcək layihənin məqsədinin 1996-cı ildə istismara verilmiş gəminin ən azı 2035-ci ilədək döyüş hazırlığını təmin etmək və onun imkanlarını müasir tələblərə uyğunlaşdırmaq olduğu bildirilib.
Müqavilənin dəyəri bir neçə yüz milyonlar avro təşkil edir. Layihə çərçivəsində freqatın idarəetmə və silahların tətbiqi sistemləri yenilənəcək, texniki avadanlıq əsaslı təmir olunacaq, radar sistemləri müasirləşdiriləcək. Bundan əlavə, mühərrik və hərəkət sistemləri yenilənəcək, sualtı qayıqlara qarşı mübarizə imkanları gücləndiriləcək.
F123 sinfinə aid “Bayern” freqatı modernləşdirmə nəticəsində ən müasir texniki standartlara uyğunlaşdırılacaq və gələcək əməliyyatlarda daha yüksək döyüş qabiliyyətinə malik olacaq.
Elvin Mövsüm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
- 21.09.2026 [11:35]
Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb
- 21.09.2026 [11:02]
Ərzurumda Zəngəzur dəhlizinin Şərqi Anadoluya töhfəsi müzakirə olunacaq
- 21.09.2026 [11:01]
Almatı Şəhər Günü tədbirlərində 1 milyondan çox sakin və qonaq iştirak edib
- 21.09.2026 [10:51]
Avropada Qərbi Nil virusuna yoluxanların sayı 1482 nəfərə çatıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]
Zelenski Trampla Nyu-Yorkda görüşəcək
- 20.09.2026 [23:30]
Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib
- 20.09.2026 [22:56]
Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR
- 20.09.2026 [22:17]
Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub
- 20.09.2026 [22:14]
Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib
- 20.09.2026 [21:31]
Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib
- 20.09.2026 [20:56]
Xudutəpə qədim yaşayış məskənində gil ocaq qurğuları aşkar edilib
- 20.09.2026 [20:55]
Xankəndidə şəhər günü münasibətilə konsert təşkil olunub
- 20.09.2026 [20:54]
Azərbaycanın dövlət suverenliyinin tam bərpası - ŞƏRH
- 20.09.2026 [20:35]
Xaçmaz-Bakı marşrutu ilə hərəkət edən avtobusda yanğın baş verib
- 20.09.2026 [20:21]
Bu saata olan əsas xəbərlər
- 20.09.2026 [20:00]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:44]
Azərbaycanın yeniyetmə akrobatları Dünya yarışında 2 medal qazanıblar
- 20.09.2026 [19:34]