Almaniya Kansleri: NATO-nun Avropa qanadının gücləndirilməsi mütləq prioritetdir
Berlin, 11 dekabr, AZƏRTAC
NATO-nun Avropa qanadının gücləndirilməsi Almaniyanın xarici və təhlükəsizlik siyasətində mütləq prioritetdir. Keçən həftə təqdim olunan Amerika Birləşmiş Ştatlarının yeni milli təhlükəsizlik strategiyası da göstərdi ki, biz bu yolda doğru addımlar atırıq.
AZƏRTAC xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Berlində səfərdə olan NATO-nun Baş katibi Mark Rutte ilə görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında deyib.
Almaniya və Avropanın təhlükəsizlik, miqrasiya, iqtisadiyyat və digər sahələrdə gücünü artırmaq üçün sistemli şəkildə sərmayə yatırmasının doğru addım olduğunu vurğulayan Kansler bildirib: “Biz bunu başqalarının təzyiqi ilə deyil, öz inamımız və maraqlarımız naminə edirik. Çünki Avropanın bu gün öz ayaqları üstündə möhkəm dayanması bizim birbaşa marağımızdadır. Bu isə gələcəkdə Avropa həyat tərzimizi, azadlığımızı, təhlükəsizliyimizi və rifahımızı qorumağımızın əsas şərtidir”.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]