ALMANİYA POLİSİ ÇEMPİONATQABAĞI MEQAFONLA İŞLƏMƏYİ ÖYRƏNMƏYƏ BAŞLAMIŞDIR
Hüquq mühafizə orqanlarının fikrincə, bu təcrübə özünü futbol divanələrinin daha çox toplaşdıqları məqamlarda doğrultmalıdır. Meqafonlu polislər həmkarlarının hərəkətlərinə zarafat və məzəli əhvalatlardan istifadə etməklə şərh verməlidirlər.
Frankfurt polisi rəhbərlərindən biri Robert Şeferin sözlərinə görə, İngiltərə yığması ilə oyuna xüsusi diqqət yetiriləcəkdir, hərçənd polislər azarkeşlərlə sırf alman dilində danışacaqlar. Lakin Şeferi dil maneəsi o qədər narahat etmir. Onun müşahidələrinə görə, İngiltərədə azarkeşlər oyunlara vaxtında gəlirlər. Dünya çempionatında isə azarkeşlər təhlükəsizlik xidmətinin yoxlamasından keçmək üçün stadiona vaxtından qabaq gəlməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]