Almaniya qəzeti: Ermənistanda Nikol Paşinyana qarşı narazılıq artır
Berlin, 14 noyabr, AZƏRTAC
Almaniyanın “Die Welt” qəzetində “Minlərlə erməni Qarabağ razılaşmasına etiraz edir” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə İrəvanda və Ermənistanın digər şəhərlərində baş nazir Nikol Paşinyanla bağlı narazılığın artdığı bildirilir. Qeyd olunur ki, minlərlə erməni Qarabağda müharibənin dayandırılması ilə əlaqədar imzalanan birgə bəyanata etiraz etmək üçün küçələrə çıxıblar. Nümayişçilər “Nikol, istefa ver!” “Sən satqınsan!” şüarları səsləndiriblər.
Müxalifət partiyaları və etirazçılar N.Paşinyanın istefasını tələb ediblər. Onlarca etirazçı, o cümlədən deputatlar həbs olunub. Nikol Paşinyan rəqiblərinin qisasından qorxur.
Məqalədə, həmçinin üçtərəfli bəyanatın detalları təqdim olunur.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]