Almaniya Türkiyədə zəlzələdən zərər çəkənlər üçün viza almağı sadələşdirir
Bakı, 12 fevral, AZƏRTAC
Almaniyanın daxili işlər naziri Nensi Faeser ölkədə yaşayan türk və suriyalıların zəlzələdən zərər çəkmiş yaxın qohumlarını Almaniyaya gətirə bilmələri üçün üçaylıq viza alacaqları barədə açıqlama verib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzetinə danışan nazir Almaniyadakı türk və suriyalı ailələr müalicə ala bilmək üçün təbii fəlakət bölgəsindəki yaxın qohumlarını asan yollarla yanlarına gətirə biləcəklər.
Vizalar üç ay etibarlı olacaq və Almaniya Xarici İşlər Nazirliyi tərəfindən tez bir zamanda veriləcək. Almaniyalı nazir açıqlayıb ki, bu addım insanlara belə vəziyyətdə köməklə bağlıdır.
Daha əvvəl Berlin əyalətinin kansleri Franziska Giffey bildirmişdi ki, əyalət hökuməti şəhərdə qohumları olan zəlzələ qurbanlarının Berlinə gəlməsi üçün giriş şərtlərini və viza tələblərini yüngülləşdirməyə razıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]