ALMANİYA YƏHUDİLƏRİ NASİST HEYKƏLLƏRİNİ DÜNYA ÇEMPİONATININ QURĞULARINDAN GÖTÜRMƏYİ TƏLƏB EDİRLƏR
Holokost qurbanlarına Berlinin mərkəzində abidə qoyulması uğrunda kampaniyanın təşəbbüskarı olan xanım Ley Roşu vaxtilə Arno Breker tərəfindən yaradılmış heykəllər xüsusilə həyəcanlandırır. Bir vaxtlar Avropanın ən yaxşı arxitektorlarından sayılan Breker “Olimpiya” stadionunu “Onnövçü” və “Qalib qız” kimi məşhur heykəllərlə bəzəmişdir. Bundan başqa, “yəhudilərin qara siyahısı”na Karl Albikerin və Georq Kolbenin də idmançılar təsvir olunmuş heykəlləri düşmüşdür.
Lakin alman tarixçilər abidələrin məhv edilməsi ideyasına şübhə ilə yanaşırlar. Kristof Ştoltsl ümumi rəyi belə ifadə etmişdir: “XX əsr sənətinin xeyli hissəsi diktatorlarla bu və ya digər dərəcədə bağlıdır. İnsan bədəninin təsviri ilə irqçilik arasında əlaqə olduğu barədə fikir əsassızdır”.
“Olimpiya” stadionu 2006-cı il dünya futbol çempionatının Almaniyanın faşist keçmişi ilə bağlı olan yeganə qurğusu deyildir. Nürnberq stadionu ötən əsrin 30-cu illərində nasist yürüşlərinin keçirildiyi parkın yaxınlığında yerləşir.
Xatırladaq ki, müasir Almaniyada Hitler rəmzinin daşınması qanun pozuntusu hesab edilir.