ALMANİYADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLƏCƏK
Martın 30-da Almaniyanın Reynland Pfalts əyalətinin mərkəzi, Bakı ilə qardaşlaşmış Maynts şəhərində Azərbaycan mədəniyyəti günləri başlanacaqdır.
Ölkəmizin Almaniyadakı səfirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, əyalətin və Maynts şəhərinin rəhbərliyi Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlunun başçılıq etdiyi 35 nəfərdən ibarət nümayəndə heyətini qəbul etməyə hazırdır və mədəniyyət günlərinin proqramını səfirliyə göndərmişlər.
Maynts ictimaiyyəti Azərbaycanın və onun paytaxtı Bakının görməli yerlərindən, zəngin tarixi və mədəniyyət abidələrindən bəhs edəcək sərgiləri, incəsənət ustalarının konsertlərini səbirsizliklə gözləyir.
Mədəniyyət günləri aprelin 2-dək davam edəcəkdir.
Yusif Xəlilov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:27]
Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?
- 10.08.2026 [17:08]
Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]