Almaniyada hakim partiyanın yeni sədri seçilib
Bakı, 16 yanvar, AZƏRTAC
AFR kansleri Angela Merkelin partiyasının sədri postuna seçkilərin ikinci turu keçirilib.
AZƏRTAC Almaniya KİV-lərinə istinadla xəbər verir ki, Şimali Reyn-Vestfaliya federal vilayətinin baş naziri Armin Laşet hakim Xristian-Demokratik İttifaqı (XDİ) partiyasının sədri seçilib. Partiyanın onlayn formatda keçirilən qurultayında 991 nümayəndədən 521-i Laşetin namizədliyini dəstəkləyib. İkinci tura çıxmış digər namizəd Fridrix Mertsə isə 466 nəfər səs verib.
İndi Armin Laşet Bundestaqa keçirilən seçkilərdə XDİ-dən kansler postuna namizəd ola bilər. Onu Angela Merkel və AFR-in səhiyyə naziri Yens Şpan dəstəkləyir. Adətən partiyanın rəhbəri həm də kansler vəzifəsinə namizəd olur.
İnternet-səsverməyə əlavə olaraq, həmçinin nəticəsi yanvarın 22-də bəlli olacaq poçt vasitəsilə səsvermə keçiriləcək. Bu, formal xarakter daşıyır. Bütün namizədlər əvvəlcədən bildiriblər ki, bugünkü nəticələri tanıyırlar və Laşet artıq təbrikləri qəbul edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]