Almaniyada koronavirusdan ölənlərin az olmasının səbəbi nədir?
Bakı, 4 iyul, AZƏRTAC
Harvard Universitetinin professoru Tobias Kurt Almaniyada koronavirusdan ölənlərin az olmasının səbəbini izah edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Almaniyada əhalinin hər milyon nəfərinə 108 ölüm halı düşür. Bu, dünyada ən aşağı göstəricilərdən biridir.
“Bizim epidemiyaya hazırlaşmağa vaxtımız oldu. Bizim səhiyyə sistemimiz onsuz da yaxşı hazırlıqlı idi, amma biz onu daha da gücləndirdik”, - deyə Kurt bildirib.
Professor, həmçinin qeyd edib ki, hakimiyyət orqanları virusun yayılma tempini epidemiyanın ilkin mərhələsində aşağı salmağa nail oldu. Bu da yaşlı insanların yoluxmasının qarşısını almağa imkan verdi.
Alimin fikrincə, Almaniyada koronavirusdan ölüm hallarının azlığı alman cəmiyyətinin quruluşu və mədəniyyəti ilə bağlıdır. Almanların bir neçə nəslinin ailənin digər üzvləri ilə nadir halda bir evdə yaşadığını vurğulayan epidemioloq deyib: “Cənubi Avropa ölkələrində yaşlı insanlar daha çox inteqrasiya olunublar, ailənin digər üzvləri ilə bir evdə yaşayanlar çoxdur. Buna görə də əgər ailənin təkcə bir üzvü yoluxarsa, virusun başqalarına ötürülməsi riski artır, yaşlı insanlar isə yüksək risk qrupuna daxildir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]
İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib
- 13.06.2026 [15:14]
Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR
- 13.06.2026 [13:37]
Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub
- 13.06.2026 [13:21]