Almaniyada minlərlə insan AfD-nin gənclər təşkilatının təsis qurultayının keçirilməsinə etiraz edir
Berlin, 29 noyabr, AZƏRTAC
Almaniyada ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) gənclər təşkilatının təsis konfransına ev sahibliyi edən Qiesen şəhərində keçirilən etiraz aksiyalarına minlərlə insan qatılıb.
AZƏRTAC xəbər verir ki, ümumilikdə 30 təşkilat və qrup etirazlara qatıldığını açıqlayıb.
Aksiya iştirakçılarının sayının 50 minə çatdığı bildirilir. Etirazçılar partiya rəhbərliyinin Qiesendə tədbirin keçirildiyi konfrans zalına gəlmələrinə mane olmaq üçün yollarda toplaşıb və barrikadalar qurublar. Bəzi yerlərdə polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaranıb, etirazçılar polisə daşlar və şüşələr atıblar. Polis gərginliyin qarşısını almaq üçün su şırnaqlarından və bibər qazından istifadə etməli olub.
Etirazlarla əlaqədar qurultayın gecikdiyi bildirilir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]