Almaniyada sağçı ekstremistlərə qarşı miqyaslı əməliyyat keçirilib
Bakı, 23 noyabr, AZƏRTAC
Almaniyanın hüquq-mühafizə orqanları noyabrın 23-də səhər saatlarında “Reyxin vətəndaşları” adlı sağçı ekstremist hərəkatına qarşı təhqiqatla bağlı səkkiz federal vilayətdə yerləşən bəzi obyektlərdə axtarışlar aparıb.
AZƏRTAC Deutsche Presse-Agentur (DPA) agentliyinə istinadla xəbər verir ki, əməliyyat Münhen, Baden-Vyurtemberq, Brandenburq, Hamburq, Hessen, Aşağı Saksoniya, Şimali Reyn-Vestfaliya və Şlezviq-Holşteyn baş prokurorluqlarının rəhbərliyi ilə keçirilib. Hərəkatın 20 üzvü cinayətkar qruplaşmanın yaradılmasında şübhəli bilinir.
“Reyxin vətəndaşları” sağçı ekstremist hərəkatı Almaniyanın 1937-ci il sərhədləri daxilində mövcud olmasını istəyir və hazırkı hökuməti tanımır. Onlar ölkənin müttəfiqlər tərəfindən işğal olunduğunu iddia edir.
2022-ci ildə ekstremist hərəkatı tərəfdarlarının sayı təxminən 23 min nəfərə çatırdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]