Almaniyanın 28 şəhərində rokçu qruplaşmaya qarşı genişmiqyaslı əməliyyat keçirilir
Berlin, 28 aprel, AZƏRTAC
Almaniyanın Şimali Reyn-Festfaliya əyalətində polis “Hells Angels” rokçu qruplaşmasına qarşı genişmiqyaslı əməliyyata başlayıb.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, ölkə tarixində bu tipli ən irimiqyaslı tədbirlərdən olan əməliyyata 1200 polis əməkdaşı cəlb olunub. Ölkənin 28 şəhərində keçirilən əməliyyat çərçivəsində fəaliyyəti qadağan edilmiş “Hells Angels Motorcycle Club Leverkusen” adlı birliyin üzvləri ilə bağlı axtarış aparılır. Cinayətkar birlik yaratma və ona üzvlük, eləcə də quldurluq və hədə-qorxu yolu ilə tələbetmə ittihamları üzrə aparılan istintaq çərçivəsində 50-dən çox obyektə baxış keçirilib. Əməliyyata xüsusi təyinatlı qüvvələr də cəlb olunub.
Axtarışlar Leverkuzen, Köln, Dortmund, Duysburq və digər şəhərlərdə qruplaşma üzvlərinin və tərəfdarlarının mənzillərində və iş yerlərində aparılır. Tədbirlər çərçivəsində “Hells Angels” qruplaşmasının Leverkuzen bölməsinin rəhbəri olduğu ehtimal edilən bir nəfər saxlanılıb.
Rəsmi məlumatda axtarışların məqsədinin silah, qanunsuz narkotik vasitə və pul vəsaitlərin aşkar edilməsi olduğu bildirilib. Həmçinin rokçu qruplaşmaların əsasən narkotiklərin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə məşğul olduğu və bu sahədə təsir dairəsini qorumaq üçün ağır zorakılıq cinayətlərinə əl atdığı qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]