Almaniyanın beş əyalətinda ifrat sağçı təşkilatın tərəfdarlarına qarşı əməliyyatlar aparılır
Berlin, 27 avqust, AZƏRTAC
Almaniyada fəaliyyəti 2023-cü ildə qadağan olunmuş ifrat sağçı “Artgemeinschaft” təşkilatının fəaliyyətinin davam etdirilməsinə dair şübhələrlə əlaqədar beş federal əyalətdə axtarışlar aparılır.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, əməliyyat 15 şübhəli barəsində aparılan istintaq çərçivəsində həyata keçirilir. Onların qadağan olunmuş təşkilata dəstək verməkdə şübhəli bilindiyi deyilir.
Axtarışların əsas hissəsi Saksoniya-Anhalt əyalətində aparılır, Berlin, Brandenburq, Aşağı Saksoniya və Şimali Reyn-Vestfaliyada da polis əməliyyatları keçirilir.
“Artgemeinschaft” təşkilatı 2023-cü ildə Daxili İşlər Nazirliyi tərəfindən qadağan edilib. Təşkilatın qadağaya qarşı şikayəti isə apreldə məhkəmə tərəfindən rədd edilib.
Təxminən 150 üzvü olduğu bildirilən qrupun ifrat sağçı və neonasist dairələrlə əlaqələri olduğu qeyd edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [17:56]
ABŞ-nin sutkalıq neft istehsalı 13 milyon 843 min barelə yüksəlib
- 27.08.2026 [17:54]
“TotalEnergies” Rusiyadakı LNG layihəsindən çıxıb
- 27.08.2026 [17:28]
Nepaldakı gölün 72 saat ərzində dağıla biləcəyi barədə xəbərdarlıq edilib
- 27.08.2026 [17:26]
Birləşmiş Ştatların neft ehtiyatları artıb
- 27.08.2026 [16:32]
Türkiyə qızıl hasilatının həcmini 10 faiz artıracaq
- 27.08.2026 [16:30]
Avropa “Big Tech” asılılığını azaltmaq üçün yeni rəqəmsal yanaşma axtarır
- 27.08.2026 [16:00]