Almaniyanın iqlim hədəfinə yenidən baxıla bilər
Berlin, 3 may, AZƏRTAC
Bu həftənin sonuna qədər Almaniyanın Ətraf Mühit Nazirliyi “İqlimin mühafizəsi haqqında” Qanuna düzəliş layihəsini Bundestaqa təqdim etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, nazirliyin təklifi atmosferə istixana qazı tullantılarının daha da azaldılması ilə bağlı iddialı hədəfi ehtiva edəcək.
Sənədin müəllifləri 1990-cı illə müqayisədə 2030-cu ildə karbon-dioksid tullantılarının 55 faiz azaldılması ilə bağlı əvvəlki planla razı olmadıqlarını bildiməyi planlaşdırırlar. Onların planlarına görə, 62 faizlə 68 faiz arasındakı yeni hədəfə nail olmaq tamamilə mümkündür.
“Biz iqtisadiyyatı dayandırmaq yox, əsaslı şəkildə yenidən qurmaq və müasirləşdirmək istəyirik. Bunun üçün biz bu rəqəmləri diqqətlə öyrənib yeni şərtlərə uyğunlaşdıracağıq”, - deyə ətraf mühit naziri Şultse bildirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]
Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO
- 10.10.2026 [09:07]