Azərbaycan Dövlət İnformasiya Agentliyi

ALMANİYANIN İQTİSADİYYAT VƏ YENİ TEXNOLOGİYALAR NAZİRİ MİXAEL QLOSUN ÇIXIŞI

- Zati aliləri hörmətli cənab Prezident Əliyev!
Hörmətli cənab iqtisadi inkişaf naziri Babayev!
Hörmətli cənab Svitserloot!
Hörmətli azərbaycanlı qonaqlar!
Xanımlar və cənablar!
Mən çox şadam ki, bu gün buraya Azərbaycandan böyük iqtisadi nümayəndə heyəti təşrif buyurubdur. Burada olan şəxslərin sayına görə demək olar ki, Azərbaycan iqtisadiyyatına maraq çox böyükdür.
Azərbaycan son aylarda alman iqtisadi cəmiyyətinin şüuruna daha çox aşağıdakı göstəricilərlə həkk olunubdur. Azərbaycan iqtisadi baxımdan dünyada ən sürətlə inkişaf edən ölkədir. 2006-cı ildə ümumi daxili məhsul 34,5 faiz, ticarət dövriyyəsi 6 dəfə artmışdır. Azərbaycanda artıq neft bumu başlayıbdır. Bunlar çox vacib göstəricilərdir. Mən deyərdim ki, bunların hamısı çox gözəl məlumatlardır. Lazım olan sərmayələr artıq Azərbaycanda yatırılıbdır. Biz cənab Prezidentlə söhbətimiz zamanı belə bir nəticəyə gəldik ki, bu sahədə Azərbaycana Almaniyanın da dəstəyi çox vacibdir və bu, diplomatik münasibətlər vasitəsilə həyata keçirilməlidir.
Bildiyiniz kimi, diplomatik münasibətlər neçə illərdən bəridir mövcuddur və bunun sayəsində biz həm iqtisadi, həm də siyasi əməkdaşlığımızı davam etdirəcəyik. Azərbaycanda iqtisadi inkişafa dair rəqəmlərə nəzər yetirsək, biz bunu Almaniya ilə müqayisə edə bilmərik. Azərbaycan son illərdə, doğrudan da, böyük iqtisadi uğurlar əldə edib və Almaniya da Azərbaycanla bu sahədə əməkdaşlıq etmək arzusundadır. Azərbaycan bizim üçün siyasi, iqtisadi və ticarət siyasəti baxımından böyük və vacib tərəfdaşdır. Bizim əlavə alternativ enerji mənbələrinin olmasında böyük marağımız var.
İki gün bundan əvvəl Brüsseldə böyük enerji konfransında iştirak edirdim. Biz belə bir qərara gəldik ki, bu, çox vacib sahədir və burada əlavə mənbələrin olmasına ehtiyac duyulur. Mən hətta deyərdim ki, enerji təchizatının dünya siyasətinə təsiri mövcuddur. Məhz bu, elə amillərdəndir ki, bunlara xüsusi diqqət və həssaslıqla yanaşmaq lazımdır. Mən deyərdim ki, bu, həm Almaniya, həm də bütün Avropa üçün vacib sahədir və biz özümüzü müəyyən bir ölkədən asılı vəziyyətə sala bilmərik. Ona görə də Azərbaycanla bu sahədə əməkdaşlıqda çox maraqlıyıq. Biz müvafiq texniki inkişaf vasitəsilə öz tərəfimizdən təkliflərimizi irəli sürməliyik.
Nəzərə almalıyıq ki, biz bu cür layihələrin həyata keçirilməsinin ətraf mühitə təsirinə həssaslıqla yanaşmalıyıq.
Neft-qaz sahəsində yeni mənbələrə ehtiyac duyulur. Xəzərətrafı region beynəlxalq diqqəti getdikcə daha çox cəlb edir. Təbii ki, bu, ilk növbədə, neft və qaz sərvətlərinə aiddir və Xəzərdə yeni yataqların aşkar edilməsi, habelə Qərbi Avropaya gedən yeni neft kəmərlərinin çəkilməsi bu məkanın iqtisadi əhəmiyyətindən xəbər verir.
Bir neçə il bundan öncə xülya kimi görünən neft ixrac kəmərləri layihəsi artıq həyata keçirilib və mən burada, əsasən, Bakı-Tbilisi-Ceyhan layihəsini nəzərdə tuturam. Bu kəmər 2006-cı ildə istismara verildi və mən Azərbaycanı bu böyük beynəlxalq layihənin həyata keçirilməsi münasibətilə təbrik etmək istəyirəm.
Almaniya Azərbaycandan 2005-ci ildə 0,9 milyon ton neft ixrac etmişdi və 2006-cı ilin noyabrına kimi bu, 1,7 milyon tona çatdı. Bildirmək istəyirəm ki, digər neft kəmərləri layihəsi də nəzərdə tutulur və bu, bizim üçün enerji təchizatının təhlükəsizliyi deməkdir. Biz Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsində də olduqca maraqlıyıq. İki min kilometrlik həmin kəmər qazı Türkmənistanın şərqindən Xəzər dənizi vasitəsilə Azərbaycandan, Gürcüstandan keçməklə Ərzuruma - Türkiyəyə çatdıracaqdır. Mənə belə gəlir ki, əməkdaşlıq sahəsində Qafqazda bazar genişlənir və xarici sərmayədarlar bu bazara daxil ola bilər. Hazırda Azərbaycan Xəzər dənizinin neft, qaz yataqlarının işlənilməsini inkişaf etdirməklə, eyni zamanda, xarici sərmayədarları ölkəyə cəlb etməklə böyük iqtisadi artımlara nail olur.
Cənab Prezident, Sizin iqtisadi siyasətinizin əsas amili iqtisadiyyatınızın şaxələndirilməsi, onun rəqabətə davamlı edilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, davamlı sənaye və inkişaf etmiş xidmət sektorunun yaradılmasından ibarətdir. Demək istəyirəm ki, bu işdə xarici sərmayələr də böyük əhəmiyyət kəsb edir. Burada əsas vəzifə ondan ibarətdir ki, artan dövlət gəlirləri xalq təsərrüfatının qurulmasına sərf edilməlidir. Neft dövrünün başa çatmasından sonra bu, ölkənin firavanlığını təmin edəcək və əhalinin həyat səviyyəsinin yüksəlməsinə geniş imkan yaradacaqdır.
Almaniya Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində sizinlə tərəfdaş olmağa hazırdır. Əməkdaşlıq dedikdə, mən neft kimyası, maşınqayırma, yüngül və qida sənayesi sahələrində işbirliyini nəzərdə tuturam. İnfrastruktur sahəsində də əməkdaşlıq imkanları vardır. Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində layihələr həyata keçirməklə də əməkdaşlıq etməyə hazırıq. Eyni zamanda, yüksək texnologiyalar və əhaliyə səhiyyə xidmətini yaxşılaşdırmaq sahəsindəki layihələrdə iştirak edəcəyik.
Almaniya alternativ enerji mənbələrinin yaradılması sahəsində də özünü yaxşı tərəfdaş kimi görür. Son illərdə həyata keçirilən layihələr, məsələn, “Siemens” tərəfindən layihələrin uğurla reallaşdırılması onu göstərir ki, biz Azərbaycan üçün yaxşı tərəfdaş ola bilərik. Azərbaycanın Dövlət Neft Şirkəti ilə də böyük layihələr həyata keçirilməkdədir. Ölkələrimiz arasında imzalanan anlaşma memorandumu baza kimi yaxşı əməkdaşlığın əsasını təşkil edir. Eyni zamanda, artıq informasiya və kommunikasiya texnologiyaları sahəsində 21 çox gözəl layihə imzalanıbdır. Bundan əlavə, gələcəkdə biz bərpa edilə bilən enerji mənbələri haqqında da layihələri həyata keçirə bilərik. Mən dövlət başçısının diqqətinə çatdırdım ki, cari ilin payızında Azərbaycana səfər etməyi planlaşdırıram.
Hesab edirəm ki, biz bu arada çox gözəl layihələri reallaşdıra bilərik. Daha da yaxşılaşdırılmış imkanlar sayəsində Azərbaycana daha çox sərmayələr cəlb etmək olar. Ona görə də sizi əmin edə bilərik ki, bu sahələrdə bizə tam arxalana bilərsiniz və biz bundan sonra da sərmayə qoyuluşunu davam etdirəcəyik. Əlbəttə ki, bu sərmayələr üçün əlverişli mühitin olması vacib əhəmiyyət kəsb edir.
Cənab Prezident, mən yenə demək istəyirəm ki, Almaniya Azərbaycanla münasibətlərinin daha da inkişaf etdirilməsində çox maraqlıdır və 2005-ci ildə malların mübadiləsi sahəsində yaşanan durğunluq artıq aradan qaldırılıbdır. İxracın həcmi 90 faiz qalxıb və Azərbaycandan olan idxalın artımı isə 81 faiz təşkil edibdir. Qeyd edim ki, Azərbaycanın ixracı müqayisədə hətta bizi ötmüşdür. Federal hökumət gələcəkdə də xarici iqtisadiyyatın inkişafı naminə müvafiq bazar iqtisadiyyatı alətlərindən istifadə edərək, sərmayələri, zəmanətləri öz üzərinə götürməklə bu inkişafa dəstək verməyə hazırdır. Bilirsiniz ki, “Hermez” kredit zəmanətləri Sizə tanışdır və həmin qurum sərbəst maliyyə-kredit zəmanətlərini üzərinə götürməyə hazırdır.
2006-cı ildə Azərbaycan ATƏT ölkələri arasında ixrac zəmanəti üzrə 6-cı yerdən 5-ci yerə keçdi. Bu da artıq yaxşı bir göstəricidir. Federal hökumət eyni zamanda, Azərbaycanın Dünya Ticarət Təşkilatına daxil olmaq arzusunu da dəstəkləyir. Bilirsiniz ki, bununla əlaqədar danışıqlar hələ başa çatdırılmayıb və komissiyalar danışıqlarını davam etdirir. Onu da bilirsiniz ki, Almaniya Avropa İttifaqının sədridir və bu vəzifəsi çərçivəsində çalışacaq ki, Azərbaycana dəstəyini versin.
Ölkələrimiz arasında münasibətlərin inkişafı və dərinləşdirilməsi üçün böyük imkanların olması göz qabağındadır. Hər iki tərəf bu imkanlardan və potensialdan tam mənada istifadə etməlidir.
Cənab Prezident, çıxışımın sonunda Sizə təşəkkür etmək istəyirəm ki, bu inkişaf məsələləri ilə özünüz yaxından məşğul olursunuz və biznes foruma gəlmisiniz. Mən forumun bütün iştirakçılarına uğurlar arzulayır və sizi bu münasibətlərdən yararlanıb yeni təmaslar qurmağa çağırıram.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev forumda nitq söylədi.
X X X
“Şərqi və Mərkəzi Avropa Birliyi” Cəmiyyətinin sədri KLAUS KSOLNER Prezident İlham Əliyevə minnətdarlıq edərək dedi:
- Hörmətli cənab Prezident, Sizə çıxışınıza görə təşəkkürümü bildirirəm. Siz ölkənizi çox əhatəli şəkildə təqdim etdiniz və apardığınız siyasətin hansı nəticələrinin olması barədə məlumat verdiniz. Həmin siyasət uzaqgörənliyə əsaslanır və bu gün öz bəhrələrini verməkdədir. Əldə olunan müsbət nəticələr onu göstərir ki, Siz nəinki bu gününüzü, həmçinin sabahınızı və gələcək illərinizi planlaşdırırsınız. Bu sahədə həyata keçirdiyiniz uzaqgörən siyasətiniz sayəsində ölkənizin gələcəyi artıq təmin olunubdur. Əminəm ki, Sizin simanızda elə bir ölkə başçısı ilə tanış oldum ki, bu məsələnin öhdəsindən gələcəkdir. Siz hər zaman biz tərəfdən dəstək ala, həmişə əməkdaşlığa əmin ola bilərsiniz.
Biz qeyd etdik ki, federal hökumət Azərbaycanda ixrac sahəsində, sadəcə olaraq, 6 faizlə iştirak edir. Mən düşündüm ki, biz bəlkə nəyisə səhv edirik, bu əməliyyatlarda az iştirak edirik. Axı bizim alman məhsulları əməliyyatlarda daha çox təmsil oluna bilər. Mənim bu suala cavabım belə oldu ki, ya biz başqalarından yavaş tərpənirik, yaxud da başqa səbəblər var. Siz bizi dəvət edirsiniz və bu dəvətin nəticəsində Sizə nə isə təklif etməliyik.
Bizim cənab nazirimiz Qlosun rəhbərliyi ilə nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır. Bu səfər çərçivəsində işlərlə intensiv məşğul olmaq niyyətindəyik. Biz Azərbaycana açıq ürəklə və təmiz niyyətlə gələcəyik. Mən Sizə təşəkkür edirəm və fəaliyyətimizlə Sizə arxa durmağa hazırıq. Ölkənizin gələcəyi naminə gördüyünüz işlərdə Sizə uğurlar arzulayır və yenidən təşəkkür edirəm ki, Siz Almaniyaya gəlmisiniz. Çox sağ olun ki, buradasınız və Sizə Vətənə uğurla dönməyi arzulayıram.
X X X
Sonra forum öz işini davam etdirdi. İqtisadi inkişaf naziri Heydər Babayev “Azərbaycan iqtisadiyyatı: perspektivlər və ikitərəfli əməkdaşlıq” mövzusunda çıxış etdi, “Azərbaycanda investisiya mühiti, ticarət və biznes imkanları” mövzusunda təqdimat keçirildi. Sonra açıq müzakirələr oldu. Biznes forumunda Azərbaycan və Almaniya şirkətləri arasında qeyri-neft sektorunun müxtəlif sahələrinə aid bir neçə saziş imzalandı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Cham Nimul: Kamboca və Azərbaycan biznes imkanları haqqında çox şey kəşf etməlidir VİDEO

Mirzağa Əsgərov: MDU Akademik Xorunu Azərbaycana gətirməyi arzulayıram

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Baş nazir: Kamboca və Azərbaycanın iqtisadi tərəfdaşlığını genişləndirmək üçün tükənməz potensialı mövcuddur VİDEO

Türk dövlətlərinin dilçi-alimləri Bakıda bir araya gələcəklər

QMİ sədri G20 Dinlərarası Forumunda iştirak etmək üçün ABŞ-yə səfər edəcək