Almatıda alpinist 3630 metr yüksəklikdən təxliyə edilib
Astana, 25 yanvar, AZƏRTAC
Almatıda Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri dəniz səviyyəsindən 3630 metr yüksəklikdə yerləşən Mınjılkı zirvəsindən 59 yaşlı alpinisti təxliyə ediblər.
AZƏRTAC Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, 23-cü universal xilasetmə bölməsinə alpinizm üzrə təlimatçıdan daxil olan məlumatda qrup iştirakçılarından birinin ayağından xəsarət aldığı və yüksək dağlıq şəraitdə sərbəst hərəkət edə bilmədiyi bildirilib.
Hadisə yerinə operativ şəkildə təxirəsalınmaz yardım göstərilməsi üçün xilasedicilərin növbətçi heyəti, həmçinin Fəlakətlər üzrə Tibb Mərkəzinin reanimasiya avadanlığı ilə təchiz olunmuş xüsusi təcili tibbi yardım avtomobili göndərilib. Xilasedicilər qısa müddətdə Mınjılkı zirvəsi ərazisinə çataraq, zərərçəkənə ilkin tibbi yardım göstəriblər və onun təhlükəsiz təxliyəsini təşkil ediblər.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [13:13]
Birləşmiş Ştatların sutkalıq neft hasilatı artır
- 11.06.2026 [13:11]
Rusiya məhkəməsi Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxsi həbs edib
- 11.06.2026 [12:29]
ABŞ-nin neft ehtiyatları azalıb
- 11.06.2026 [12:17]
Fransadakı alman bunkerləri baxımsız qalıb
- 11.06.2026 [12:07]
Hind okeanında ən dərin və geniş balina “məzarlığı” aşkar edilib
- 11.06.2026 [12:04]
Oman sahillərində tankerdə yanğın baş verib
- 11.06.2026 [12:00]
Çində yeraltı detektor xəyali neytrinolar haqqında məlumat əldə edib
- 11.06.2026 [11:50]
Koşta: Aİ sammiti Zelenskinin videomüraciəti ilə başlayacaq
- 11.06.2026 [11:43]