Azərbaycan Dövlət İnformasiya Agentliyi

Amerikada çıxan “Jewish News Service (JNS)” qəzetinin saytında Xocalı haqqında məqalə dərc edilib

Bakı, 27 fevral, AZƏRTAC

Amerikanın populyar “Jewish News Service” (JNS) qəzetinin saytında İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qutun “Holokost və Xocalı müasirlərimizin gözü ilə” sərlövhəli məqaləsi dərc edilib. AZƏRTAC xəbər verir ki, material Avropada yəhudilərin fəlakəti və Azərbaycanın Xocalı şəhərində törədilmiş qanlı qırğın, soyqırım aktı ilə əlaqədar hadisələrin öyrənilməsinə və təhlilinə həsr edilib.

Məqalə müəllifi qeyd edir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universiteti Holokost qurbanlarının beynəlxalq anım günü keçirilməsi məqsədi ilə yaxın vaxtlarda “Holokost və Xocalı müasirlərimizin gözü ilə” mövzusunda “dəyirmi masa” təşkil ediblər.

Məqalə müəllifi yazır: “Əhalisi əsasən müsəlmanlardan ibarət olan Azərbaycanda Holokost qurbanlarının xatirəsinə həsr edilmiş tədbir keçirilib. Çoxsaylı mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan bu regionun tarixində çox cəhətdən mühüm rol oynayır. Qədim dövrlərdə olduğu kimi bu gün də məşhur İpək Yolunun ayrılmaz hissəsi olan Azərbaycan sivilizasiyaların dialoqu üçün etibarlı məkandır. Ölkənin mühüm coğrafi mövqeyi və müxtəlif dinlərin, xalqların və mədəniyyətlərin qarşılıqlı təsiri nəzərə alınmaqla Azərbaycan bu gün də tolerantlıq və multikulturalizm ənənələrini qoruyub saxlayır. Bu ənənələr prezidentdən başlamış bələdiyyə hakimiyyət orqanlarına qədər ölkənin idarəetmə sistemində, biznes sayəsində və sıravi vətəndaşlar arasında tətbiq olunur. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsidir”.

Arye Qut yazır ki, minilliklər boyu Azərbaycan təqiblərdən və təzyiqlərdən xilas olmağa çalışan bir sıra xalqlar üçün, ilk növbədə yəhudilər üçün təhlükəsiz sığınacaq yeri olub. İsrailli ekspert yazır: “Bu gün İsrail ilə Azərbaycan arasında sıx qarşılıqlı münasibətlər mövcuddur. Əslən Azərbaycandan olan, Sovet İttifaqı dövründə Azərbaycanı tərk etmiş insanların bir qisminin bu gün dinlərarası, konfessiyalararası, geosiyasi və mədəniyyətlərarası platformanın təmin edilməsi üçün azad və çiçəklənən Azərbaycana qayıtması faktı yəhudilərlə müsəlmanların mehriban qonşuluq şəraitində qarşılıqlı fəaliyyət göstərə və əməkdaşlıq edə bilməsini əks etdirir. Yaxın Şərq, Avropa və dünya birliyinin digər hissələri Azərbaycanda yəhudilərlə müsəlmanların münasibətlərindən, İsrail ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərdən nümunə götürməlidir”.

Məqalə müəllifi vurğulayır ki, bu əlamətdar gündə - Holokost qurbanlarının beynəlxalq anım günündə Avropa yəhudilərinin fəlakəti, faşistlərin yəhudilərə qarşı törətdiyi vəhşilik və barbarlıq mövzuları bütün dünya alimləri tərəfindən müzakirə edilib. Məqalə müəllifi vurğulayır: “İkinci Dünya Müharibəsi dövründə faşist cəza düşərgələrində törədilən dəhşətlərdən xilas olmaq üçün qaçıb məhz Azərbaycanda təhlükəsiz sığınacaq tapmaları, Azərbaycanın bu məsələdə rolu və əhəmiyyəti, azərbaycanlıların yəhudilərə göstərdiyi səmimi qonaqpərvərlik, Azərbaycanda antisemitizmin olmaması və Sovet İttifaqı dağılandan sonra yaranmış etnik təhdidlər də müzakirə mövzusu olub”.

Arye Qut Amerikanın populyar və nüfuzlu “Jewish News Service” (JNS) qəzetinin saytında dərc edilmiş məqaləsində vurğulayır: “Elə coğrafi adlar var ki, onlar insanın xislətindəki ən rəzil və alçaq cəhətlərin rəmzinə çevrilib: Babiy Yar, Liditsa, Oradur, Xatın və Sonqmi”. İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri yazır: “Keçən əsrin 90-cı illərinin əvvəlində bu siyahıya daha bir ad - Azərbaycanın Xocalı şəhərinin adı əlavə edildi. Azərbaycanın kiçik Xocalı şəhərində törədilmiş bu kütləvi qırğın insanlığa qarşı cinayətdir. Faşistlər və nasistlər kimi erməni silahlı qüvvələri də dinc azərbaycanlı əhaliyə qarşı vəhşilik və barbar hərəkətləri törədiblər. İnsanlığa qarşı törədilmiş bu cinayət nəticəsində Xocalı sakinlərindən 613-ü öldürülüb, 487 nəfər şikəst olub, 1275 dinc sakin - qocalar, uşaqlar və qadınlar əsir götürülərək misli görünməmiş işgəncələrə, təhqirə məruz qalıb. Erməni silahlı qüvvələri Xocalı şəhərini və onun həndəvərini tərk etməyə macal tapmamış sakinlərin heç birinə rəhm etməyiblər. Xocalının dinc əhalisinin kütləvi şəkildə qırılmasının yalnız bir səbəbi var idi: bu şəhərin qətlə yetirilmiş dinc sakinlərinin hamısı azərbaycanlı idi”.

Arye Qut qeyd edir ki, İkinci Dünya Müharibəsindən sonra faşist xuntasının nümayəndələrinin əksəriyyəti Nürnberq prosesində beynəlxalq məhkəmə qarşısında cavab verdi. Xocalıda törədilmiş soyqırımı aktı zamanı dinc Azərbaycan vətəndaşlarının kütləvi şəkildə məhv edilməsinin ideoloqları və icraçıları isə, onlardan fərqli olaraq, müasir Ermənistan respublikasında rahatca yaşayır. İsrailli ekspert yazır: “Onların çoxu hətta bu gün Ermənistan dövlətində yüksək vəzifələr tutur - müdafiə naziri Seyran Ohanyan, prezident Serj Sarkisyan və keçmiş prezident Robert Koçaryan Xocalıda azərbaycanlı əhalinin qırılmasında, orada törədilmiş cinayətlərdə şəxsən iştirak ediblər. Buna görə onlar da nasistlər kimi beynəlxalq məhkəmə qarşısında dayanmalı, öz cinayətlərinə görə cavab verməlidirlər. Müstəqil beynəlxalq mənbələrin malik olduğu yetərincə çoxsaylı materiallar və videosənədlər, bu faciənin şahidlərinin ifadələri Ermənistan Respublikasının yuxarıda adları çəkilən yüksək vəzifəli şəxslərinin həmin cinayətlərdə iştirakını təsdiq edir. Öz cinayətlərini gizlətməyə çalışan nasistlərdən fərqli olaraq, bu şəxslərin bəziləri xarici KİV-lərə verdikləri müsahibələrdə azərbaycanlılara qarşı törətdikləri cinayətlərə haqq qazandırır, özlərinin bu əməlləri ilə fəxr edirlər. Mən əminəm ki, onların da hakimiyyəti nasistlər kimi uğursuzluqla başa çatacaq”.

Arye Qut yazır ki, Xocalıda törədilmiş soyqırımı aktı boş yerdə baş verməyib. Məqalədə deyilir: “Tarix İkinci Dünya Müharibəsi dövründə faşist vermaxtı sıralarında 20 minlik erməni legionunun qəddarlıqlarını unutmayacaq. Erməni millətçi-faşist generalı Dronun başçılıq etdiyi bu erməni legionu minlərlə yəhudiyə qarşı ölüm marşlarında və onların məhv edilməsində iştirak edib. Müasir Almaniya İkinci Dünya Müharibəsi dövründə nasist Almaniyasının törətdiyi dəhşətləri və vəhşilikləri öz gənclərinə çox diqqətlə, savadlı şəkildə izah edir. Müasir Ermənistanda isə, Almaniyadan fərqli olaraq, general Dro və başqa erməni faşistlər və antisemitlər barəsində şəxsiyyətə pərəstiş geniş miqyasda təbliğ edilir. Bu, müasir Ermənistan cəmiyyətinə böyük ləkədir. Bu faşistlər “xalq qəhrəmanları” kimi qələmə verilir, onların şərəfinə xatirə sikkələri zərb edilir, bədii və sənədli filmlər çəkilir”.

İsrailli ekspert Arye Qut məqaləsini bu sözlərlə yekunlaşdırır: “Biz nasizmə qalib gəlmək üçün mübarizə aparan və bu yolda canlarından keçən müttəfiqlərin əsgərlərinin xatirəsini ehtiramla yad etməliyik. Bundan əlavə, biz müasir antisemitizmə və ya islamofobiyaya etinasız qalmamalı, onlara qarşı mübarizə aparmalıyıq. Bu, bizim borcumuzdur - təkcə yəhudi xalqı qarşısında deyil, bu cür tale ilə üzləşmiş və ya üzləşə biləcək bütün başqa xalqların qarşısında borcumuzdur. Bu gün dünya birliyi Holokostu yad edir, lakin başqa ölkələrə tolerantlıq dərsi keçən Avropada bu gün daha dəhşətli hadisələr baş verir, orada antisemitizm və ksenofobiya tüğyan edir. Müasir və dünyəvi Azərbaycanda multikulturalizm həyat tərzidir. Azərbaycan bu qəddar dünyaya bir daha sübut edir ki, Avropa yəhudilərinin fəlakətinin ağrı və iztirabları təkcə yəhudi xalqının ağrısı deyil, bu həm də qardaş Azərbaycan xalqının ağrısıdır, ona görə ki, yəhudilər Azərbaycana bu gün gəlməyiblər, onlar qədim dövrlərdən Azərbaycan ərazisində yaşayırlar. Burada onlar heç vaxt özgə hesab edilməyib. Qürurla demək istəyirəm: yəhudilər azərbaycanlılara qarşı heç vaxt satqınlıq etməyiblər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO