Azərbaycan Dövlət İnformasiya Agentliyi

Anar İsgəndərov: Bu gün işğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır

Anar İsgəndərov: Bu gün işğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır

Bakı, 14 oktyabr, AZƏRTAC

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 ili tamam olur. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycanın milli-demokratik qüvvələrini təmsil edən Müsəlman Milli Şurası 6 maddədən ibarət İstiqlal Bəyannaməsini qəbul etdi. Bu Bəyannamə ilə Azərbaycan öz müstəqilliyini elan etdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndərov deyib.

A.İsgəndərov bildirib ki, 1920-ci ildə baş vermiş ictimai-siyasi dəyişikliklər nəticəsində Azərbaycan xalqı milli azadlığından, dövlət müstəqilliyindən, milli-mənəvi ənənələrindən məhrum olmuşdu. Azadlıq, müstəqil dövlət halında yaşamaq xalqımız üçün ən böyük xoşbəxtlikdir, misilsiz nemətdir. Çünki dövləti olmayan xalq məhvə məhkumdur. Məhz buna görə qədirbilən xalqımız bugünkü müstəqil dövlətçiliyimiz, siyasi varlığımız üçün, ilk növbədə, öz dahi oğlunun - Heydər Əliyevin parlaq xatirəsini əziz tutur. Hər bir Vətən övladına gün kimi aydındır ki, əgər XX yüzilliyin sonunda Ulu Tanrı şəxsiyyət və zaman problemini Azərbaycanımızın xeyrinə həll etməsəydi, xalqımızın Heydər Əliyev kimi qüdrətli şəxsiyyəti olmasaydı, müstəqilliyimizi qoruyub saxlamaq çox çətin olardı.

Heydər Əliyevin hələ XX yüzilliyin 70‐80‐ci illərinin əvvəllərində həyata keçirdiyi kompleks inkişaf proqramları nəticəsində Şimali Azərbaycan o zaman SSRİ məkanında qabaqcıl sənaye, kənd təsərrüfatı və mədəniyyət respublikasına çevrildi. Bu, ulu öndər Heydər Əliyevin məqsədyönlü, qabaqcadan götür‐qoy edilmiş, dərindən ölçülüb‐biçilmiş və gələcəyə istiqamətlənmiş müdrik siyasətinin, dahiyanə uzaqgörənliyinin parlaq nəticəsi idi. Ümummilli Liderin özünün dediyi kimi: “Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi‐texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır”. Ulu öndər Heydər Əliyev hələ o zaman müstəqil yaşadığımız bu günləri görürdü, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Böyük düha sahibi yeni Azərbaycanı - bugünkü Azərbaycanı hələ o vaxtdan qurmağa başlamışdı! Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün bu əzəmətli quruculuq işlərinin çox böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, əslində, XX yüzilliyin 70‐ci illərində Azərbaycan xalqının milli‐azadlıq hərəkatının yeni mərhələyə - yüksəliş mərhələsinə daxil olması demək idi. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir.

Tarix elmləri doktoru qeyd edib ki, 1991‐ci il oktyabrın 18‐də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olunarkən Şimali Azərbaycan artıq müstəqil bir dövlət kimi yaşamağa tamamilə hazır idi. Heydər Əliyev yeni, müstəqil Azərbaycanı qurduğu illərdə tariximizin yuxarıda bəhs etdiyimiz dövrünü yada salaraq deyirdi: “Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get‐gedə daha dərindən inteqrasiya olunması hələ 1970‐1985‐ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”.

XX yüzilliyin 80‐ci illərinin ortalarında Sovet İttifaqı artıq dərin böhran içərisində idi. Böhran ictimai‐siyasi, iqtisadi və mənəvi həyatın bütün sahələrini əhatə etməkdə idi. SSRİ‐də başlanmış böhran, əslində, özünü doğrultmayan sosializm cəmiyyətinin ümumi böhranının tərkib hissəsi idi və bütünlükdə sosializm sistemini əhatə etmişdi. Ölkəni yetişməkdə olan növbəti ağır böhrandan xilas etmək üçün 1980‐ci illərin ikinci yarısında müəyyən cəhdlər göstərildi. Sov.İKP MK‐nın 1987‐ci il Yanvar plenumunda yeni siyasi xətt- ʺaşkarlıq və demokratiya xəttiʺ qəbul edildi. Qeyd etmək lazımdır ki, ölkənin türk xalqları ötən əsrin 70‐80‐ci illərinin birinci yarısında artıq mühüm sosial‐iqtisadi, mənəvi‐intellektual, siyasi inkişaf yolu keçmişdi. İmperiyanın müxtəlif bölgələrində əvvəlcədən məharətlə hazırlanmış milli münaqişə ocaqları alovlandırıldı. Mərkəz mühüm geosiyasi əhəmiyyəti olan Azərbaycanı və bununla, bütün Cənubi Qafqazı əldə saxlamaq üçün yenidən uydurma “Dağlıq Qarabağ problemi”ni qızışdırdı.

A.İsgəndərovun sözlərinə görə, münaqişəni daha da alovlandırmaq və onun doğurduğu dağıdıcı prosesləri qarşısıalınmaz hala çevirmək üçün 1988‐ci il fevralın 28‐də mərkəzin və Ermənistanın xüsusi xidmət orqanlarının birgə işləyib hazırladığı Sumqayıt təxribatı törədildi. Sumqayıt təxribatı Moskvaya Azərbaycanın partiya rəhbərliyini dəyişdirmək üçün “əsas” oldu. Moskvanın Dağlıq Qarabağ məsələsində yürütdüyü açıq ermənipərəst siyasət, Azərbaycanın ovaxtkı hakimiyyətinin acizliyi və Mərkəzin antiazərbaycan siyasətinin yedəyində getməsi, xüsusən də ermənilərin nadir Topxana meşəsində sənaye obyektinin tikintisinə başlaması xəbəri Azərbaycan xalqını ayağa qaldırdı. 1988‐ci il noyabrın 17‐dən Bakıda indiki Azadlıq meydanında xalq hərəkatı başlandı. Noyabrın 19‐da ölkənin Mərkəzin tabeliyində qaldığı müddətdə Qarabağ məsələsinin həllini tapmayacağına əmin olan xalq Azadlıq meydanında ilk dəfə 1918‐1920‐ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını qaldırdı. Hökumət nümayəndələri mitinqi dayandırmağı tələb etdikdə Azadlıq meydanında ʺMoskvanın fitnələrinə son qoyulsun!ʺ, ʺSuverenlik!ʺ, ʺAzadlıq!ʺ şüarları səslənməyə başladı. Azadlıq hərəkatı yeni vüsət aldı. Dekabrın 4‐də gecə Bakıda yerləşən sovet hərbi hissələri hücuma keçib zor gücünə meydanı boşaltdılar. Xalq hərəkatının fəalları həbs olundular.

“Xalq hərəkatının birinci ‐ kortəbii mərhələsinin zirvəsi olan Meydan hərəkatı göstərdi ki, mitinq və nümayişlərlə mövcud problemin həlli mümkün deyil. Moskvanın təyin etdiyi rəhbərlər əvəzinə xalqın özünün sevdiyi, seçdiyi lideri olmalıdır. Liderlə xalq birləşməlidir. Xalq Azərbaycanın üzləşdiyi taleyüklü problemləri həll etməyə qadir siyasətçi kimi ancaq Heydər Əliyevi görürdü. Lakin onun qarşısında yaradılan əngəllər 1990‐cı il 20 yanvar qırğınına aparan yolun da başlanğıcını qoydu. 1990‐cı il 20 yanvar qırğını bir daha xalqın başsız qaldığını göstərdi. Məhz belə bir ağır şəraitdə Heydər Əliyev Moskvanın Azərbaycana qarşı həyata keçirdiyi imperiya siyasətinə öz etiraz səsini qaldırdı. Bu, əslində, 1987‐ci ildən sonra Heydər Əliyevin ikinci dəfə böyük siyasətə qayıdışı demək idi. 1990‐cı il yanvarın 21‐də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar faciəsinə siyasi qiymət verdi, əliyalın xalqın qırğınını hüquqa, demokratiyaya, humanizmə zidd siyasət yeridən mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Moskvadakı 1990‐cı il 21 yanvar tarixli çıxışı ilə Heydər Əliyev Azərbaycan xalqının Qurtuluş mübarizəsinin önünə keçdi.

Azərbaycanda, Bakıda fövqəladə vəziyyət olmasına baxmayaraq, yanvarın 22‐də xalq - yüz minlərlə insanı əhatə edən izdiham seli 20 yanvar şəhidləri ilə vidalaşdı. Paytaxt matəm libası geyinmişdi. Respublikada üç günlük matəm elan olunmuşdu. Azadlıq meydanında izdihamlı matəm mitinqi keçirildi. Mitinqdə və dəfn mərasimində milyona qədər insan iştirak edirdi”, - deyə Anar İsgəndərov diqqətə çatdırıb.

Deputat vurğulayıb ki, bu, azadlıq, haqq, ədalət, demokratiya yolunda, Vətən torpağını -Qarabağı qoruyub saxlamaq naminə canlarından keçmiş şəhidlərin müqəddəs ruhuna ümumxalq ehtiramının, eyni zamanda, Moskvanın qanlı cinayətinə qarşı kəskin ümumxalq etirazının ifadəsi idi. Xalqa qarşı Mərkəzdən göstəriş alan sovet ordusunun qanlı cinayətləri isə hələ bitib‐tükənmək bilmirdi. Bakıda fövqəladə vəziyyət, komendant saatı tətbiq edildi. Kütləvi həbslər həyata keçirildi. Lakin imperiya rəhbərliyi və onların yerli əlaltıları Azərbaycan xalqının iradəsini qıra bilmədi.

Azərbaycan Respublikası Ali Sovetinin 1991‐ci il 7 mart tarixli sessiyasında Heydər Əliyev, bütün qətiyyəti ilə, SSRİ‐nin saxlanmasına münasibət bildirilməsi üçün təşkil olunması nəzərdə tutulan Ümumittifaq referendumunda iştirak etməyin əleyhinə çıxdı. “Mən yeni İttifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin, heç bir şərt qoymadan, tam əleyhinəyəm... Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam... Azərbaycan tam müstəqil dövlət kimi fəaliyyət göstərmək üçün bütün imkanlara malikdirʺ. Heydər Əliyev eyni qətiyyətlə respublika rəhbərliyinin əməldə müstəqillik əleyhinə olduğunu, bunu iqtisadi çətinliklər, uydurma ʺvətəndaş müharibəsi təhlükəsiʺ kimi amillərlə əsaslandırmağa çalışdığını, Bakıda fövqəladə vəziyyəti ləğv etmək istəmədiyini və bütün bunların hakimiyyəti əldə saxlamaq niyyətindən irəli gəldiyini göstərdi. SSRİ‐nin saxlanılmasına münasibət bildirmək üçün kommunistlər birləşib Azərbaycanın referendumda iştirakı barədə qərar qəbul etdilər. Ermənistanın boykot etdiyi bu referendumda Azərbaycanın iştirakı Moskvanın antiAzərbaycan mövqeyinə heç bir təsir göstərmədi.

Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi ilə Naxçıvan MR‐in Ali Məclisi 1991‐ci il martın 14‐də SSRİ‐nin saxlanılması barədə referendumda iştirak etməmək haqqında qərar qəbul etməsini ibrətamiz tarixi fakt olduğunu bildirən professor deyib: “Respublika iqtidarının bunu “separatçılıq” kimi qiymətləndirməsi, Muxtar Respublikaya təzyiqlər göstərməsi Heydər Əliyevi və onun arxasında duran Naxçıvan əhalisini yolundan döndərə bilmədi. Azərbaycanın demokratik qüvvələri də referendumu boykot etdilər. On gün ərzində (qanunla iki ay olmalı idi!) tələm‐tələsik “hazırlıq”dan sonra martın 17‐də keçirilmiş “referendum”un nəticələri saxtalaşdırıldı, guya səsvermədə iştirak edənlərin tam əksəriyyəti SSRİ‐nin saxlanılmasına tərəfdar oldu. Bu, əslində, şanlı istiqlal mübarizəsinə qalxmış Azərbaycan xalqının tarixinə vurulmuş qara ləkə idi. Demokratik qüvvələrin birgə fəaliyyəti nəticəsində SSRİ‐də dövlət çevrilişinin qarşısı alındı. Azərbaycanda da irticaya tərəfdar olan qüvvələrə qarşı mübarizə gücləndi. Mitinqlərdə respublikada prezident seçkilərinin dayandırılması, parlamentin buraxılması, yeni parlament seçkiləri keçirilməsi, Kommunist Partiyası hakimiyyətinin, fövqəladə vəziyyətin ləğv edilməsi, DQMV‐də Azərbaycanın suveren hüquqlarının təmin olunması üçün qəti tədbirlər görülməsi tələb edildi.

Xalqın tələbi ilə çağırılmış Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyası 1991‐ci il avqustun 30‐da Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında bəyanat - “Azadlıq Bəyannaməsi” qəbul etdi. Sessiyada Heydər Əliyevin bundan az əvvəl keçirilmiş referendumun nəticələrinin ləğv edilməsi, “Azadlıq Bəyannaməsi”nin legitimliyini təmin etmək üçün yeni referendum keçirilməsi haqqında tələbi qulaqardına vuruldu. Heydər Əliyev sessiyadakı çıxışında dedi: “Biz artıq sovet imperiyasının, Kommunist Partiyasının dağılmasının şahidiyik... Bizim respublikamızın, Azərbaycan xalqının vəziyyəti daha çətin, daha ağırdır. Bunun əsas səbəbi respublikada hökm sürən Azərbaycan Kommunist Partiyasının diktatura rejiminin mürtəce siyasəti və buraxdığı kobud, bağışlanılmaz səhvlərdir”. O bildirdi ki, Azərbaycan Kommunist Partiyası dərhal hakimiyyətdən getməlidir. Lakin respublika başçıları isə hələ də gözləmə mövqeyi tutur, qətiyyətsizlik nümayiş etdirirdilər.

Naxçıvanda isə müstəqillik uğrunda mübarizə getdikcə dərinləşməkdə idi. Belə ki, Naxçıvan MR Ali Məclisi 1991‐ci il sentyabrın 3‐də dəfələrlə namizədliyini geri götürməsinə baxmayaraq, Heydər Əliyevi xalqın təkidli tələbi ilə Ali Məclisin Sədri seçdi. Ali Məclisin 4 sentyabr tarixli qərarı ilə Naxçıvan ərazisində prezident seçkiləri dayandırıldı.

Deputat Azərbaycan iqtidarının Naxçıvana ciddi təzyiqlər göstərdiyini bildirərək onun bu məqsədlə Naxçıvana xüsusi qüvvələr göndərdiyini qeyd edib. Lakin Ali Məclisin Sədri Heydər Əliyev yerli televiziya ilə bəyanat verib xəbərdarlıq etdi ki, Naxçıvana təzyiq üçün gələn qüvvələr buranı tərk etməlidirlər, əks təqdirdə bütün əhali ayağa qalxacaqdır. İqtidar geri çəkilməyə məcbur oldu. Sentyabrın 8‐də keçirilən prezident seçkilərində iqtidar xalq arasında böyük nüfuza malik olan Heydər Əliyevin prezident seçilə biləcəyindən təşvişə düşüb qanuna yaş senzi və son beş ildə Azərbaycanda yaşamaq haqqında yeni maddə daxil etdi. Xalq bu məhdudiyyətlərin ləğv olunmasını tələb edir, çoxsaylı mitinqlər keçirirdi. Nəticədə prezident seçkiləri Naxçıvan MR ərazisində keçirilmədi. Sentyabrın 14‐də artıq tamamilə iflasa uğramış Azərbaycan Kommunist Partiyası XXXIII fövqəladə qurultayını çağırıb özünü buraxılmış elan etdi.

“Nəhayət, 1991‐ci il oktyabrın 18‐də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında yekdilliklə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqın da Konstitusiya Aktı” qəbul edildi. 1991-ci il dekabrın 29-da isə Azərbaycanda ümumxalq səsverməsi keçirilir. Referendum bülleteninə bir sual yazılır: “Siz “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?”. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxır. 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni, az sonra üçrəngli Dövlət Bayrağı və dövlət gerbi təsdiq edilir.

“Beləliklə, Azərbaycan xalqı XX əsrdə dövlət müstəqilliyini bərpa etmək imkanı qazandı. Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildi. Lakin xalq müstəqil dövlətini qurmaq, möhkəmləndirmək, müdafiə etmək və inkişaf etdirmək üçün ağır sınaqlarla, çətinliklərlə üzləşməli oldu. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə bu çətinliklərin öhdəsindən gəlməyə nail olmuş Azərbaycan Respublikası həm müstəqilliyini qoruyub saxladı, həm də respublika daxilində ictimai-siyasi sabitlik yaratdı”, - deyə A.İsgəndərov bildirib.

Tarix elmləri doktoru vurğulayıb ki, ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik siyasəti Azərbaycanın dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük Zəfər müharibəsi nəticəsində qəhrəman Azərbaycan Ordusu və onun Müzəffər Ali Baş Komandanı 30 ilə yaxın düşmən işğalı altında torpaqlarımızı azad etdi, şəhidlərimizin intiqamını aldı. Bu gün işğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımız qürurla dalğalanır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNƏCƏK

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

İstanbulda bina çöküb, dağıntıların altında qalanlar var – YENİLƏNİB

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

Ekspert: Bakıda əmlak qiymətlərinin yüksək olmasında infrastruktur imkanları əsas amillərdəndir

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb VİDEO

“Axios”: ABŞ ordusuna İrana hücum üçün hazırlıqlı olmaq əmri verilib

Medef: Fransa dövlət xərclərini azaltmalıdır

Yenilənmiş qanunvericilik Texnopark rezidentlərinin sayını iki dəfə artırmağa imkan verəcək - ŞƏRH

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı artıb

Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək

Rəqəmsal texnologiyalar türk dili və ədəbiyyatının tədrisində: yeni imkanlar və çağırışlar

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi davam edir

İribuynuzlu heyvanların aqrar sığortası fermerlərə maliyyə risklərindən qorunmağa imkan verir

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bu gün Nizami rayonunun bir sıra ərazisinə qazın verilişi dayandırılacaq

Azərbaycan Beynəlxalq Telekommunikasiya Peyk Təşkilatının Məşvərət Komitəsinə yenidən üzv seçilib

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi TƏHLİL

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi VİDEO

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

Səməd Vurğunun oğlu: Ola bilsin, Stalinlə söhbəti Səməd Vurğunu repressiyadan xilas edib

Bakının və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Azərbaycan nefti 4 faizədək bahalaşıb VİDEO

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

Şəkinin tarixi məkanları və görməli yerləri ukraynalı uşaqlarda xoş təəssürat yaradıb

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin yeni təlim dalğasına qeydiyyat başladı

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Everesti fəth edən ilk azərbaycanlı qadın alpinist: Ultramarafon mənim üçün böyük təcrübə olacaq VİDEO

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib VİDEO

Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

Nazirlik rəsmisi: III Beynəlxalq Xankəndi Ultramarafonunda iştirakçı sayı ötən illə müqayisədə artıb VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans davam edir

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib YENİLƏNİB VİDEO

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

CNN: Fransanın maliyyə problemləri Avropada ciddi böhrana səbəb ola bilər

Bu gün Ümumdünya Görmə Günüdür

Alimlər çox qəhvə istehlakı ilə sümük sıxlığı arasında əlaqə aşkarlayıblar

İlk dəfə məməlilərin populyasiyasının bərpası üçün Günəş elektrik stansiyasından istifadə edilir

“Nokia” Finlandiyada 250-dən çox iş yerini ixtisar etməyi planlaşdırır

“Blue Origin” kosmosda məlumat mərkəzlərinin yerləşdirilməsi üzərində işləyir

Suriya Yəmən müharibəsinə qoşulma ilə bağlı yayılan xəbərləri təkzib edib

Barro Trampın Fransadakı lisey aksiyaları ilə bağlı sözlərinə cavab verib

İran və Oman Hörmüz boğazında təhlükəsiz dəhlizlərlə bağlı razılaşmanı beynəlxalq quruma bildirəcək

Aİ ölkələri sənayeni dəstəkləməyə və yanacaq idxalından asılılığı azaltmağa çağırılıb

Husilər Bab əl-Məndəb yaxınlığında koalisiya qüvvələrinə raket zərbələri endirdiklərini bildiriblər

Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Qudula kənd icra nümayəndəliyi: Evlərini su basan sakinlərin daha təhlükəsiz əraziyə yerləşdirilməsi istiqamətində iş aparılır VİDEO

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB