ANARIN POVESTİ QAZAXISTANDA NƏŞR OLUNMUŞDUR
Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Qazaxıstanın ədəbi-ictimai “Jalın” jurnalının ötənilki 8-9-cu nömrələrində “Türk dünyasının klassikləri” rubrikasında xalq yazıçısı Anarın “Ağ qoç, qara qoç” povesti dərc olunmuş, müəllif haqqında bioqrafik məlumat verilmişdir. Məlumatda Anarın əsərlərinin dünyanın bir çox xalqlarının dillərinə çevrildiyi bildirilir, onun “Ağ liman”, “Dantenin yubileyi” povestlərinin, habelə bir neçə hekayəsinin hələ 1976-cı ildə Almatıda ayrıca kitab şəklində nəşr olunduğu xatırladılır.
“Ağ qoç, qara qoç” povestini qazax dilinə tanınmış tərcüməçi Minbay İles çevirmişdir. Jurnalın redaktoru Muxtar Şaxanov povestin oxucular tərəfindən böyük maraqla qarşılandığını yazır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [20:02]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:10]
Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub
- 05.10.2026 [18:43]
“Yaradıcı Filmaton” layihəsi başa çatıb
- 05.10.2026 [18:14]
İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub
- 05.10.2026 [17:02]