Ancelina Coli Türkiyə və Suriya üçün ianə çağırışı edib
Bakı, 12 fevral, AZƏRTAC
Dünyaşöhrətli amerikalı aktrisa Ancelina Coli Kahramanmaraşda “Əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələlərdən sonra Türkiyə və Suriyaya yardım çağırışı edib.
AZƏRTAC xəbər verir ki, o, instaqram hesabında Suriyada axtarış-xilasetmə işləri aparan bir işçinin videosunu paylaşaraq “Bizim köməyinizə ehtiyacımız var” yazıb.
Yazıda, həmçinin Kahramanmaraşda dağıntılar altında həyatını itirən atanın qızının əlindən tutduğu foto, Hatayın pilotsuz təyyarə ilə çəkilmiş şəkli və Suriyada axtarış-xilasetmə işlərindən bir kadr da yer alıb.
Xeyriyyə kampaniyasının linkini də izləyiciləri ilə paylaşan məşhur aktrisa, “Ürəyim Suriya və Türkiyə xalqının yanındadır. Bir çox ailənin çəkdiyi ağlasığmaz ağrıları anlamaq çətindir. Ümid edirəm ki, başqaları da ianə etməyi düşünər”, - deyə qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]
Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb
- 09.06.2026 [14:31]
Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb
- 09.06.2026 [14:29]