Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ankarada “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfrans keçirilir

Ankara, 22 fevral, АZƏRTAC

Fevralın 22-də Ankarada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Əvvəlcə Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Konfransda Azərbaycanın və Türkiyənin hökumət nümayəndələri, səfirlər, deputatlar, Ankarada fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, görkəmli alimlər, elm və mədəniyyət xadimləri iştirak ediblər.

“Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransın təşkil edilməsinin əhəmiyyətindən danışan TDƏŞ-in baş katibi Ramil Həsənov əminliklə bildirib ki, panellərdəki müzakirələrdə Xocalı soyqırımının törədilməsi bir daha qətiyyətlə pislənəcək, müasir dünyada davam soyqırımı və terrorçuluğu inkişaf etdirən amillərin qarşısının alınmasına dair açıq fikirlər ifadə olunacaq.

Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində belə bir konfransın təşkil edilməsinə görə Türk Şurasının Katibliyinə və Ahmet Yesevi Universitetinə öz təşəkkürünü bildirən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət qəddarlığına görə misli görünməmiş hadisələrdəndir. Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca amansızlıqla qətlə yetirildi, 487 nəfər şikəst oldu, 1275 dinc sakin girov götürüldü, onlardan 150 nəfərin taleyi isə hələ də məlum deyil. Erməni vandalizmi nəticəsində 8 ailə bütövlüklə məhv edilib, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə nəticələnən Xocalı soyqırımı erməni ekstremistlərinin Azərbaycan xalqına qarşı uzun illər davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir amansız nümunəsidir.

Nazir diqqətə çatdırıb ki, Ermənistanın azərbaycanlılara qarşı qəddarcasına həyata keçirdiyi qətliamlar sadəcə Xocalı soyqırımı ilə məhdudlaşmayıb. Xocalı soyqırımı XIX-XX əsrlərdə ermənilərin azərbaycanlılara qarşı Naxçıvanda, Gəncədə, Qubada, Bakıda, İrəvan xanlığında mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsidir və bununla bağlı həqiqətlər dünya ictimaiyyətinə olduğu kimi çatdırılmalı, bu cinayətlər beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır.

Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl iş aparır. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərar və qətnamələrində öz əksini tapıb. Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, Sloveniya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan, Cibuti parlamentləri, eləcə də ABŞ-ın 16 ştatının qanunverici orqanları Xocalı soyqırımını tanıyan və qınayan sənədlər qəbul ediblər. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyan ilk beynəlxalq təşkilatdır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə dünyanın 40-dan çox ölkəsində həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının əsas məqsədi bu qanlı faciə ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

“Təəssüflər olsun ki, ermənilər uzun illərdir tarixi saxtalaşdıraraq, uydurma “erməni soyqırımı”nı dünyanın gündəliyinə gətirərək, ondan siyasi məqsədləri üçün istifadə edirlər. Bu istiqamətdə erməni diasporunun fəaliyyətini xüsusi qeyd etmək istərdim. Uydurma tarixlərinin beynəlxalq təşkilatlarda, müxtəlif konfrans və toplantılarda “erməni soyqırımı” kimi gündəliyə çıxarılmasında, heç bir tarixi faktlara, sənədlərə əsaslanmayan yalanlarının dünya ictimaiyyətinə çatdırılmasında erməni diasporunun məqsədyönlü fəaliyyəti danılmazdır. Türkiyə dövləti dəfələrlə onlara arxivlərin açılmasını, erməni və türk tarixçilərinin birgə araşdırmalar aparılmasına dair təkliflər irəli sürsə də, ermənilər və onların havadarları iç üzlərinin ifşa olunmasından qorxaraq buna razı olmayıblar. Səbəb sadədir. Çünki onlar həqiqətdən qorxurlar”, - deyə nazir vurğulayıb.

Ermənistan-Azərbaycan münaqişəsinin bu günə qədər həll olunmaması bölgəmizdə sülhə, təhlükəsizliyə, əmin-amanlığa, o cümlədən hərtərəfli regional əməkdaşlığın inkişafına ciddi təhdid olduğunu bildirən Elmar Məmmədyarov bildirib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü Ermənistanın işğalçılıq siyasəti nəticəsində pozulub. Bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb, beynəlxalq hüququn bütün norma və prinsipləri kobud şəkildə pozulub. Beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyi məlumdur. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul edib. Lakin bu qətnamələrin heç biri bu günədək icra edilməyib. Azərbaycan sülhün tərəfdarıdır və biz münaqişənin dinc yolla həllinə tərəfdarıq. Bizim mövqeyimiz dəyişməzdir. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.

Azərbaycanın terrorizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəklədiyini bildirən nazir deyib: “Son zamanlar qardaş Türkiyədə törədilən terror hadisələri Azərbaycanı ciddi şəkildə narahat edir və biz bu terror aktlarını qətiyyətlə qınayır və hər zaman qardaş Türkiyənin yanında olduğumuzu bəyan edirik. Terrordan əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorçuluğun bütün formalarını qətiyyətlə pisləyir”.

Çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov tədbirin əhəmiyyətindən danışıb, konfransın təşkilatçılarına minnətdarlığını ifadə edib. Təhsil naziri qeyd edib ki, Xocalı faciəsi zamanı erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan silinmir. Çünki Xocalıda baş vermiş soyqırımı yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir.

Mikayıl Cabbarov bildirib ki, yaşadığı bütün acı xatirələrə, çoxsaylı insan tələfatına, ölkə iqtisadiyyatına dəyən ziyana və insanların yaşadığı psixoloji problemlərə baxmayaraq, Azərbaycan öz əhalisi, xüsusilə də gənclər arasında başqa xalqlara münasibətdə etnik nifrətin aşılanması siyasətini seçməyib. “Azərbaycanın təhsil naziri kimi bildirmək istərdim ki, XX əsrdə dünyada baş vermiş insanlıq əleyhinə cinayətlərin acı dərslərindən çıxış edərək Azərbaycan tolerantlıq, multikulturalizm, digər millətlər və dinlər ilə birgə yaşayış kimi dəyərlərə əsaslanan milli kurikulum tətbiq etmək yolunu seçib. Təəssüf ki, Ermənistan bu yanaşmaya tamamilə zidd siyasət tətbiq etmək qərarını verib və bu ölkənin sabiq prezidenti Robert Koçaryanın “erməni və azərbaycanlıların etnik uyğunsuzluğu” ilə bağlı 13 il əvvəl səsləndirdiyi bəyanat bu siyasətin bariz göstəricisidir”, - deyə nazir vurğulayıb.

Azərbaycan xalqının erməni millətçilərindən fərqli olaraq, Xocalı soyqırımından hər hansı siyasi, maliyyə, ərazi və başqa dividendlər qazanmaq məqsədi güdmədiyini qeyd edən təhsil naziri bildirib ki, məqsədimiz tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Ona görə də erməni şovinist millətçilərinin regionda həyata keçirdikləri etnik separatizmin, başqa xalqlara qarşı nifrət və terror ideologiyasının dünya üçün təhlükəsi açılıb göstərilməlidir. Bu, qəhrəman Xocalı şahidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.

Mikayıl Cabbarov deyib: “Biz əminik ki, müasir dövrün təhdid və çağırışları ilə mübarizədə təhsil, xüsusilə də vətəndaşlıq təhsili xüsusi rola malikdir. Yalnız həqiqi vətəndaş kimi yetişdirilmiş fərdlər millətinin və insanlığın gələcəyi üçün düzgün qərarlar verə bilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə vurğuladığı kimi “təhsil ekstremizm, radikalizm və ksenofobiyaya qarşı ən yaxşı peyvənddir”. Türk Şurası çərçivəsində təhsil sahəsinə böyük diqqətin verilməsi xüsusilə sevindirici haldır. Türk xalqlarının ortaq tarix dərsliklərinin tərtib olunması təşəbbüsü gənclərimizin tariximizi daha dolğun şəkildə öyrənməsi və gələcəyə doğru tarixdən düzgün dərslərin çıxarılması baxımdan vacib hesab edirəm”.

Xocalı soyqırımı qurbanlarına Allahdan rəhmət diləyən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu diqqətə çatdırıb ki, Türkiyədə və Azərbaycanda ağır cinayətlər törədən ermənilər tarixin mühakiməsindən yaxa qurtarmaq üçün saxta “erməni soyqırımı” mövzusu ilə dünya ictimaiyyətini aldatmağa çalışırlar. Lakin onlar buna nail ola bilməyəcəklər. 1915-ci il hadisələrinin arxiv materialları əsasında araşdırılmasının tərəfdarı olan Türkiyə bunun üçün lazımi addımlar atmağa hazırdır. Biz Xocalı soyqırımının törədənlərin ədalət qarşısında cavab vermələrini tələb edirik.

Nazir Mövlud Çavuşoğlu çıxışında Azərbaycan və Türkiyənin birgə reallaşdırdıqları qlobal layihələrdən danışıb. Bu əməkdaşlığın dünyada sülhün bərqərar olmasına və inkişafa xidmət etdiyini bildirib.

Türkiyə Böyük Millət Məclisinin sədrinin müavini Ahmet Aydın qeyd edib ki, Xocalıda dinc sakinlərin amansızcasına qətlə yetirilməsi təkcə xocalı sakinlərinə yox, bütün insanlığa qarşı bir faciədir. Xocalı soyqırımını dünyada tanıtmaq, şəhidlərin əziz xatirəsini anmaq və bu cinayətkarların mühakimə olunmasını tələb etmək hər birimizin borcudur.

Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin Qəyyumlar Şurasının sədri Musa Yıldız bildirib ki, Xocalı soyqırımı bəşər tarixinin ən qəddar qətliamlarından biridir. Təəssüf ki, beynəlxalq aləm tərəfindən bu hadisəyə hələ də adekvat qiymət verilməyib. Diqqətə çatdırılıb ki, bütün dünya ictimaiyyətinin Xocalı cinayətini soyqırımı aktı kimi tanıması gələcəkdə belə cinayətlərin baş verməməsinə əsas ola bilər.

Konfrans “Xocalı soyqırımı: XX əsrin sonunda insanlıq faciəsi” və “İnsanlıq əleyhinə cinayətlər, soyqırımı, terrorizm və onların əlaqəsi” mövzularında keçirilən panel iclaslarla davam etdirilib.

İştirakçılara Azərbaycan həqiqətlərini, o cümlədən Dağlıq Qarabağ probleminə dair kitablar, eləcə də Hoca Ahmet Yesevi Beynəlxalq Türk-Qazax Universitetinin nadir nəşrləri paylanıb.

Konfrans salonunda Xocalı soyqırımının dəhşətlərini əks etdirən rəsm sərgisi nümayiş etdirilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub

AzTU tələbələri beynəlxalq idman yarışında üç medal qazanıblar

“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

Elnur Mustafayev: Azərbaycan qlobal geosiyasi və geoiqtisadi proseslərdə mühüm rol oynayan ölkələrdəndir VİDEO

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament” təsdiq edilib

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

TDT Baş katibinin müavini: Bugünkü görüşün nəticəsi olaraq Birgə Bəyannamə imzalandı VİDEO

Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb

Xətai Sənət Mərkəzində plener əsərlərdən ibarət sərgi açılıb

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər