Antalyada yaşayan aztəminatlı azərbaycanlı ailələrə yardım edilib
İstanbul, 23 iyul, AZƏRTAC
İyulun 23-də Türkiyənin Antalya vilayətində burada yaşayan aztəminatlı azərbaycanlı ailələrə yardım məqsədilə aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və Antalyada fəaliyyət göstərən "Azərbaycan Xalqlar Dostluğu" Dərnəyinin birgə təşəbbüsü ilə baş tutub.
Aksiya çərçivəsində dərnəyə müraciət edən 42 soydaşımıza maddi və ərzaq yardımı göstərilib. Yardımlar ailə üzvlərinin sayına görə hesablanıb.
Bu barədə məlumat verən dərnəyin sədri Lalə Həsənova yardımların pandemiyadan əziyyət çəkən soydaşlarımıza dəstək məqsədilə Azərbaycan hökuməti tərəfindən olunduğunu bildirib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul