Azərbaycan Dövlət İnformasiya Agentliyi

Antonio Quterreş: İqlim böhranı bəşəriyyət üçün həyəcan siqnalıdır

Antonio Quterreş: İqlim böhranı bəşəriyyət üçün həyəcan siqnalıdır

Bakı, 29 oktyabr, AZƏRTAC

Dünya liderləri tezliklə Qlazqo şəhərində COP26 kimi tanınan BMT-nin İqlim Konfransında böyük sınaqdan keçəcəklər. Onların hərəkəti - və ya hərəkətsizliyi - planetimizdəki fövqəladə vəziyyətin həlli ilə bağlı nə qədər ciddi olduqlarını göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin “Qlazqoda iqlim sınağı” adlı məqaləsində deyilir.

Baş katib hesab edir ki, təhlükə əlamətlərini gözdən qaçırmaq mümkünsüzdür: “Hər yerdə temperatur daha yüksək həddə çatır; biomüxtəliflik azalır, okeanlar istiləşir, turşlaşır və plastik tullantılarla boğulur. Temperaturun bu həddə çatmasına görə planetimizin böyük əraziləri əsrin sonuna kimi bəşəriyyət üçün ölü zonalara çevriləcək”.

Antonio Quterreş məqaləsində xatırladır ki, mötəbər tibb jurnalı “The Lancet” iqlim dəyişikliyini gələcək illərdə "insan sağlamlığını təyin edən faktor" kimi təsvir edib. Jurnalın qənaətinə görə, iqlim dəyişikliyi aclıq, tənəffüs xəstəlikləri, ölümcül fəlakətlərin geniş yayılmasına, eləcə də COVID-dan daha pis ola biləcək yoluxucu xəstəliklərin yaranmasına səbəb olacaq.

Baş katibin məqaləsində deyilir: “Həyəcan təbilinin çalınmasına baxmayaraq, BMT-nin son hesabatlarında hökumətlərin indiyə kimi atdığı addımların ehtiyaclara uyğun olmadığına dair yeni sübutlar görürük. İqlim uğrunda mübarizə ilə bağlı yeni fəaliyyətlər mühüm əhəmiyyət daşıyır və bizi sevindirir. Lakin buna baxmayaraq, dünyamız qlobal temperaturun fəlakət vəd edən 2 dərəcə selsidən çox yüksəlməsinə doğru gedir.

Bu, dünyanın Paris Sazişinə əsasən razılaşdığı 1,5 dərəcə hədəfindən çox uzaqdır. Alimlər bu hədəfin dünyamızın dayanıqlı gələcəyi üçün yeganə yol olduğunu deyirlər. Bu hədəfə nail olmaq mümkündür. Əgər cari onillikdə qlobal emissiyaları 2010-cu il səviyyəsi ilə müqayisədə 45 faiz azalda bilsək. 2050-ci ilə qədər qlobal emissiya balansını sıfıra endirə bilsək.

Əgər dünya liderləri Qlazqoya cəsarətli, iddialı və həyata keçirilməsi mümkün olan 2030-cu il hədəfləri, habelə bu fəlakəti aradan qaldırmaq üçün yeni, konkret siyasətlərlə gəlsələr. Xüsusilə də 20-lik qrupunun (G20) liderləri bu istiqamətdə nəticələr əldə etməlidir..

Diplomatik nəzakət zamanı deyil. Hökumətlər, xüsusən də G20 hökumətləri bu səylərə rəhbərlik etməsələr, bəşəriyyət iztirablı günlərə doğru gedəcək. Bütün ölkələr dərk etməlidir ki, köhnə, karbon yandıran inkişaf modeli onların iqtisadiyyatları və planetimiz üçün ölüm hökmüdür.

Bizim indi hər bir ölkədə, hər sahədə karbonsuzlaşdırmaya ehtiyacımız var. Qalıq yanacaq istehsalına ayrılan subsidiyaları bərpa olunan enerjiyə yönəltməli, vergilərin hədəfi isə insanlar deyil, ətraf mühitin çirklənməsi olmalıdır. Karbon qazının emissiyasına qiymət qoymalı və onu dayanıqlı infrastrukturların inşası və iş yerlərinin açılmasına yönəltməliyik.

Biz 2030-cu ilə qədər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində, 2040-cı ilə kimi isə bütün digər ölkələrdə kömürdən imtina etməliyik. Kömür istehsalının maliyyələşdirilməsini dayandırmaq öhdəliyini götürən ölkələrin sayı artmaqdadır. Özəl sektorlar da təcili olaraq eyni addımı atmalıdır.

İnsanlar haqlı olaraq hökumətlərindən bu işdə qəti addımlar gözləyirlər. Amma hər birimizin ortaq gələcəyimizi qorumaq məsuliyyətimiz var.

Bizneslər iqlimə təsirlərini azaltmalı, fəaliyyətləri və maliyyə axınlarını tam və etibarlı şəkildə sıfır emissiya balanslı gələcəyə uyğunlaşdırmalıdırlar. Artıq bəhanələrə və ətraf mühitlə bağlı saxta hekayələrə yer yoxdur.

Həm dövlət, həm də özəl sərmayəçilər eyni addımı atmalıdır. Onlar bu sahədə qabaqcıl olan sıfır emissiya hədəfli aktivlərin sahibləri Alyansına, habelə karbon emissiyasını 32 faiz azaltmaqla 2021-ci investisiya hədəfinə vaxtından əvvəl çatmış və artıqlaması ilə icra etmiş BMT-nin pensiya fonduna qoşulmalıdır.

Hər bir cəmiyyətdə fərdlər qidalanma, səyahət və aldıqları əşyalarla bağlı daha yaxşı və məsuliyyətli seçimlər etməlidir.

Gənclər və iqlim fəalları göstərdikləri işləri davam etməlidir: liderlərdən əməli iş tələb etməli və onları sorğulamalıdır.

Bütün ölkələrə bu dəyişikliyə nail olmaq üçün qlobal həmrəyliyə ehtiyacımız var. İnkişaf etməkdə olan ölkələr borc və likvidlik böhranı ilə üz-üzə qalıb. Onların dəstəyə ehtiyacı var.

Dövlət və beynəlxalq inkişaf bankları iqlim sahəsindəki fəaliyyətlərini əhəmiyyətli dərəcədə artırmalı və ölkələrin sıfır emissiya balansına və dayanıqlı iqtisadiyyata keçidinə kömək etmək üçün səylərini gücləndirməlidirlər. İnkişaf etmiş dünya təcili olaraq inkişaf etməkdə olan ölkələr üçün illik ən azı 100 milyard dollar iqlim maliyyəsinin ayrılmasına dair öhdəliyini yerinə yetirməlidir.

Donorlar və beynəlxalq inkişaf bankları iqlim maliyyəsinin ən azı yarısını uyğunlaşma və davamlılıq üçün ayırmalıdırlar.

Birləşmiş Millətlər Təşkilatı 76 il əvvəl bəşəriyyətin üzləşdiyi ən böyük təhdidlərə qarşı mübarizədə konsensusa nail olmaq məqsədilə yaradılıb. Ancaq belə böhranla - mövcudluğumuzu təhlükə altına qoyan bir böhranla nadir hallarda üzləşmişik. Lazımi addımlar atılmasa, bu böhran təkcə bizə deyil, gələcək nəsillərə də təhlükə törədəcək.

Gələcək üçün bir yol var. Qlobal istiləşmənin 1.5 dərəcədən çox artmaması - bəşəriyyətin gələcəyi üçün yeganə yoldur.

Nə qədər ki, gec deyil, dünya liderləri Qlazqoda bununla ciddi məşğul olmalıdır”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Политолог: Мы на протяжении 30 лет ждали случая, когда сами сможем реализовать свои планы

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında finala vəsiqə qazanıb YENİLƏNİB VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO