Antuan Qrizman İspaniyanın ən yaxşı futbolçusu seçilib
Bakı, 10 dekabr, AZƏRTAC
İspaniyanın “Atletiko Madrid” futbol klubunun hücumçusu Antuan Qrizman dekabr ayında İspaniya çempionatında ən yaxşı futbolçu adına layiq görülüb.
AZƏRTAC klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı fransız futbolçu keçirilən səsvermə nəticəsində La liqanın ən yaxşı futbolçusu seçilib.
Qrizman dekabr ayında Madrid təmsilçisinin heyətində keçirdiyi 4 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Hücumçu cari mövsümdə 25 oyunda 12 qol vurub və 7 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Qrizman Fransa millisinin tərkibində Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında dünya çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [19:06]
“Qəbələ”nin pley-off oyunundakı rəqibi bəlli olub
- 22.05.2026 [18:57]
Premyer Liqa: Çempion “Sabah” mövsümü qələbə ilə başa vurub
- 22.05.2026 [16:28]
Teymur Rəcəbov Moskvada beynəlxalq turnirdə iştirak edir
- 22.05.2026 [15:21]
Xosep Qvardiola “Mançester Siti”ni tərk edir - RƏSMİ
- 22.05.2026 [15:03]
Azərbaycan Şahmat Federasiyası ötən ilin yekunlarına dair hesabat verib
- 22.05.2026 [14:09]
İngiltərə millisinin dünya çempionatı üçün heyəti açıqlanıb
- 22.05.2026 [12:48]
Bakıda “SPLASH for Swimmable Cities” tədbiri keçirilib
- 22.05.2026 [10:44]