Aprel ayı ərzində DİM-in keçirdiyi imtahanlarda 84 mindən artıq şəxs iştirak edib
Bakı, 3 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprel ayı ərzində keçirilmiş 6 növ müxtəlif təyinatlı imtahanlarda ümumilikdə 84 mindən artıq şəxs iştirak edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə aprelin 11-də keçirilmiş test imtahanında 1327 nəfər iştirak edib. Onlardan 482 nəfər uğur qazanaraq sertifikat əldə edib.
Ədliyyə Nazirliyi ilə birgə notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanında iştirak edən 53 namizəddən 28-i uğur qazanaraq ikinci mərhələyə - müsahibəyə buraxılıb.
Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsində isə 18 namizədin 14-ü sertifikat əldə edib.
Aprel ayı ərzində DİM-də 4 dəfə GRE, 2 dəfə isə TOEFL imtahanı təşkil edilib. Bu imtahanlarda 36 nəfər iştirak edib. Aprelin 15, 16, 22, 23, 29 və 30-da isə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. Bu imtahanlarda 83 mindən artıq şagirdin iştirakı nəzərdə tutulmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:53]
AzTU professoru Türkiyədə ustad dərsləri keçib
- 16.06.2026 [14:55]
Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]