Aprelin 18-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Temperatur gecə 7-12°, gündüz 20-25°, bəzi yerlərdə 27° isti, Bakıda gecə 9-11°, gündüz 23-25° isti olacaqdır.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 759 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 7-12°, gündüz 20-25°, bəzi yerlərdə 27° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 4-9° isti, gündüz 13-18°, bəzi yerlərdə 20° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 8-12°, gündüz 20-25°, bəzi yerlərdə 27° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 7-12°, gündüz 19-24° isti, dağlarda gecə 0-5°, gündüz 7-12° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 8-13°, gündüz 20-25°, bəzi yerlərdə 27° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı vardır. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 9-12°, gündüz 20-25° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın üç gün ərzində Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişlidir.