CƏMİYYƏT
Aprelin 3-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Axşam bəzi yerlərdə az yağıntı olacağı ehtimalı vardır.
Temperatur gecə 2-5°, gündüz 5-9° isti, Bakıda gecə 3-5°, gündüz 7-9° isti olacaqdır.
Atmosfer təzyiqi normadan yüksək 762 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı vardır.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 8°-dək şaxta, gündüz 7-12° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
havanın yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, 2-dən 3-nə keçən gecə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı vardır.
Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 8-13° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında
bəzi yerlərdə havanın az yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 2-7°, gündüz 9-14° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında
havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Temperatur gecə 4-6°, gündüz 6-11° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-6° isti olacaqdır.