Aprelin 4-də Azərbaycan ərazisində hava şəraiti haqında məlumat
Bakıda və Abşeron yarımadasında
günün birinci yarısınadək buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağıntılı olacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 3-5°, gündüz 8-13° isti, Bakıda gecə 3-5°, gündüz 11-13° isti olacaqdır.
Atmosfer təzyiqi 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, yağıntının gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 13-18° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
bəzi yerlərdə qar yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
bəzi yerlərdə havanın yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 3-8°, gündüz 13-18° isti olacaqdır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
bəzi yerlərdə havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
bəzi yerlərdə havanın yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 2-7°, gündüz 13-18° isti olacaqdır.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, yağıntının gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 3-5°, gündüz 13-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Aprelin 4-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 5-də arabir güclənən gilavar küləyi və ötən günlə müqayisədə temperaturun xeyli yüksəlməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.