Aptekdən və avtomobildən oğurluğa cəhd göstərən şəxslər tutulublar
Bakı, 18 aprel, AZƏRTAC
Aprelin 17-də saat 03.46-da Yasamal rayonu ərazisindəki apteklərin birindən rayon mühafizə idarəsinə həyəcan siqnalı daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gəliblər. Oradan oğurluğa cəhd göstərən Xızı rayon sakini G.Məmmədov saxlanılaraq 27-ci polis bölməsinə təhvil verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonda “Mitsubishi” markalı avtomobildən 900 manat pul oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş A.Camalov tutulub.
Faktlarla bağlı araşdırmalar aparılır.