Aqrar Universitetdə növbəti seminar keçirilib
Gəncə, 24 noyabr, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında imzalanmış protokola əsasən, beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunmuş Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarların keçirilməsinə başlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, proqram çərçivəsində ilk seminar Aqrar Universitetin yeni tədris binasında professor Fazilet Alayuntun “COVID-19 dövründə iş sağlamlığı və təhlükəsizliyi” mövzusunda təşkil olunub.
Seminarda Aqromühəndislik, Torpaqşünaslıq və aqrokimya və Zoomühəndislik fakültələrinin professor-müəllim heyəti və magistr tələbələri iştirak ediblər.