ARDNŞ İLƏ BÖYÜK BRİTANİYA ŞİRKƏTLƏRİ ARASINDA ƏMƏKDAŞLIQ YÜKSƏK SƏVİYYƏDƏDİR
Qonaqları səmimi salamlayan Rövnəq Abdullayev Ceyhan limanından Azərbaycan nefti ilə doldurulmuş ilk tankerin Avropa bazarlarına çıxmasını xalqımızın tarixində əlamətdar hadisə olduğunu bildirmiş, Azəri-Çıraq-Günəşli və BTC boru kəməri layihələrinin operatoru bp şirkətinin Azərbaycanın neft-qaz sənayesində son illər qazanılan uğurlarda rolunu yüksək qiymətləndirmişdir. Dövlət Neft Şirkətinin prezidenti görüşdə iştirak edən Böyük Britaniyanın ölkəmizdəki səfiri Lorens Bristouna Azərbaycanın ictimai həyatında fəallığına görə minnətdarlığını bildirmişdir.
BTC kəmərinin işə düşməsinin ilk növbədə Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətini diqqətə çatdıran xanım Joan MakNauton, Qazaxıstan neft və qazının Azərbaycan ərazisindən Avropaya nəqli məsələsinə dair danışıqların gedişi ilə maraqlanmış və ölkəsinin bu məsələdə maraqlı olduğunu qeyd etmışdir.
Görüşdə bp-nin və digər Böyük Britaniya şirkətlərinin Azərbaycanda gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.